Sərkisyan müharibə veteranlarını qəzəbləndirib
Tarix: 25.10.2013 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Aksiya keçirən veteranlar işsizliyə görə verilən 40 dollarlıq müavinətin ləğvinə etiraz ediblər

Ermənistan paytaxtında Qarabağ müharibəsi veteranları sosial problemləri səbəbindən mitinq keçirib. “Palitra”nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, İrəvanda baş tutan mitinqdə veteranlar Sərkisyan hakimiyyətinin Qarabağ müharibəsi iştirakçıları və əlillərinin social problemləri ilə maraqlanmadığını vurğulayıblar. Onlar sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün hökumətə bir neçə tələb ünvanlayıb. Tələblərdən biri müharibədə könüllü döyüşənlərin statusunun müəyyənləşməsi və onlara təqaüdlərin ayrılmasıdır. Mitinq iştirakçısı, ehtiyatda olan polkovnik Vardan Malxasyan Ermənistan hökumətinin 2014-cü il yanvarın 1-dən işsizliyə görə verilən aylıq 40 dollarlıq müavinətləri ləğv etmək planını tənqid edib: “Bu qərarın absurdluğu sərhəd tanımır. İşsizlərin müavinətləri ləğv olunur, əvəzində hökumət üzvlərinin maaşları artırılır”. Malxasyan müharibə veteranı Volodya Avetisyanın dələduzluq maddəsi ilə həbs olunmasını Qarabağ veteranlarına qarşı siyasi repressiya kimi dəyərləndirib. Mitinq iştirakçıları ədalətsizliyə qarşı sona qədər mübarizə aparacaqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info