Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə Bəyanat yayıb
Tarix: 25.07.2020 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlıları Assambleyası Brüssel və Los-Anceles şəhərlərində erməni diaspora fəallarının azərbaycanlılara qarşı hücumu ilə bağlı Bəyanat yayıb.
Assambleyadan APA-ya verilən məlumata görə, Bəyanatda deyilir:
"22.07.2020 tarixində Azərbaycan Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasının pozaraq hərbi təcavüz siyasətini davam etdirərək mülkü yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə zərbələr endirməsinə etiraz olaraq keçirdikləri dinc aksiyasına Ermənistan diaspora fəallarının kobud və qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir və qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalanmasını həm Belçika həm Amerika Birləşmiş Ştatları həm də Belçika Krallığı hüquq mühafizə əməkdaşlarından tələb edirik. Habelə bildiririk ki, bu qanunsuz əməllər nəticəsində Azərbaycan diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, şüsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilmişdir. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilmiş və hazırda müalicələrini davam etdirirlər.

Bildirmək istəyirik ki, insan hüquqlarıyla bağlı beynəlxalq qanunlara əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin, bu hüquqlar digər vətəndaşların hüqularını tapdalamamalıdır. Sərbəst toplaşmaq hüquq təmin edilsə də, orda iştirak edən azərbaycanlıların təhlükəsizliyi və səfirlik binasının təhülkəsziliyi təmin olunmayıb. Belçika və Amerika polislərini vəzifələrini düzgün icra etməyə dəvət edirik. Təəssüf ki, Los-anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməmişdir.
Bununla əlaqədar bildiririk ki, həmin ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal baş vermiş xoşagəlməz hadisəylə bağlı hüquqi ölçü götürməyə dəvət edirik. Baş verəcək hər hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, Ermənistan səfirliyi və Ermənistan diaspora liderləri məsuliyyət daşıyacaqdır.
Dünya Azərbaycanlıları Assambleyası diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır".




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
16.07.2020
Вот так Армения разрушает приграничные села Азербайджана
29.06.2020
Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
25.06.2020
Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
22.06.2020
Prezident Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info