Tələbələr 4-cü qrant müsabiqəsi haqqında məlumatlandırılır
Tarix: 25.10.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondu elan etdiyi 4-cü qrant müsabiqəsi haqqında tələbələri məlumatlandırmaq məqsədi ilə ali təhsil müəssisələrində təqdimatlar keçirir.
Fondun mətbuat xidmətindən bildiriblər ki, növbəti təqdimatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Turizm İnstitutunda keçirilib. Görüşlərdə Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, sektorun əməkdaşları Vüsalə Niftəliyeva və Ramin Cəfərov, fondun Müşahidə Şurasının üzvü Şahin İsmayılov və layihələr və regionlarla iş sektorunun əməkdaşı Səid Mahmudov tələbələrə müraciət qaydaları, onlayn qeydiyyat, layihələrin təqdim edilməsi ilə bağlı zəruri məlumatlar verib və onların suallarını cavablandırıblar. Qeyd edək ki, 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, o cümlədən gənclərin ictimai fəallıqlarının artırılmasına, onların yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info