Naxçıvanda yeni damazlıq quşçuluq təsərrüfatı fəaliyyətə başlayıb
Tarix: 25.10.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərində “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatı istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Ali Məclisin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov muxtar respublikada özəl sektora dövlət dəstəyinin gücləndirilməsinin yeni istehsal müəssisələrinin yaranmasına, sahibkarların fəaliyyət istiqamətlərinin genişlənməsinə şərait yaratdığını deyib. Cari ilin ötən dövrü ərzində muxtar respublikada 55 istehsal və xidmət sahəsi istifadəyə verilib. 63 istehsal və xidmət sahəsinin yaradılması isə davam etdirilir. Yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində məhsul istehsalı xeyli artıb. Hazırda muxtar respublikada 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Famil Seyidov muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafına və istehlakçıların tələbatının daha dolğun ödənilməsinə göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Hər bir ölkənin müstəqil siyasət aparması onun ərzaq və enerji təhlükəsizliyindən asılıdır. Bu gün ölkəmizdə ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Bu istiqamətdə ardıcıl tədbirlər görülüb, Dövlət Proqramları qəbul olunaraq icra edilib. Hazırda ölkə iqtisadiyyatında bu iki sahə xüsusi çəkiyə malikdir. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın əsas ərzaq məhsullarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Dövlət dəstəyi ilə yaradılan bu təsərrüfat muxtar respublikada quşçuluğun inkişaf etdirilməsinə hesablanıb. Belə ki, yeni təsərrüfatın istifadəyə verilməsi muxtar respublikada idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına, eyni zamanda, bu sahə üzrə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının ödənilməsinə və rentabelliyin təmin olunmasına imkan verəcək. Həmçinin istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır”. Məlumat verilib ki, ümumi sahəsi 2590 kvadratmetr olan damazlıq quşçuluq təsərrüfatında Türkiyə mənşəli avadanlıqlar quraşdırılıb və təsərrüfatda ayda 140 min ədəd damazlıq yumurta istehsal olunacaq. Təsərrüfat damazlıq bölməsindən və 64 min başlıq bəsləmə sahəsindən ibarətdir. Müəssisədə üç yem saxlama bunkeri və bir inkubasiya avadanlığı qurulub. Bu da muxtar respublikadakı fərdi quşçuluq təsərrüfatlarının damazlıq yumurta və cücəyə olan tələbatını tamamilə ödəyəcək. Təsərrüfatda suvarma, yemləmə, havalandırma və işıqlandırma sistemləri tamamilə avtomatlaşdırılmış şəkildə idarə olunur. Müəyyən edilmiş qrafikə əsasən istehsal sahəsində dezinfeksiya işləri də aparılır. Quşçuluq təsərrüfatında 8 nəfər işlə təmin olunub. Ali Məclisin Sədri muxtar respublikada fərdi quşçuluq təsərrüfatlarının inkişafının dəstəklənməsi, quşçuluq təsərrüfatlarının cins tərkibinin yaxşılaşdırılması və vaxtında baytarlıq xidmətinin göstərilməsi barədə müvafiq tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info