“ATƏT DTİHB-nin tərkibinə siyasi məsuliyyəti olmayan ekspertləri yığırlar”
Tarix: 25.10.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri:
“Biz həqiqəti dedik və Azərbaycan haqqında yanlış təsəvvürləri dəstəkləməkdən imtina etdik”

Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərində müşahidə aparan missiyasının rəhbəri Pino Arlakkinin APA-ya müsahibəsini təqdim edirik:

-Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair Avropa Parlamentində aparılan müzakirələrdə iştirak etmisinizmi və bir sıra deputatların tənqidi mövqelərini, qəbul olunan qətnaməni necə qiymətləndirirsiniz?
- Əvvəla, mən Avropa Qonşuluq Siyasəti barədə qətnaməyə edilmiş və Azərbaycandakı prezident seçkilərinin tənqid olunduğu əlavələrə elə də böyük əhəmiyyət verməzdim. Ona görə ki, bu məsələdə məhz bizim müşahidə missiyamızın nəticələri nəzərə alınır, biz isə bəyan etmişik ki, seçki azad və ədalətli keçirilib. İkincisi, çox pisdir ki, Avropa Parlamentindəki bəzi qruplar, məsələn, bu əlavələrin təşəbbüskarı olan “Yaşıllar” bu cür neqativ kökləniblər və bütün parlamentə münasibətdə belə qərəzlidirlər. Məlum qətnamə bu prosesə çox da əhəmiyyət verməyən auditoriyanın dəstəyi ilə qəbul olunub. Parlamentdə çoxluq təşkil edən Sosialistlər qrupu bitərəf qalıb. Ona görə, mən demək istəməzdim ki, bu qətnamə bizim bəyan etdiklərimizə ziddir. Qətnamədə bizim qiymətləndirməmizin yanlış olduğu deyilmir, sadəcə, qeyd edilir ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı etibarlıdır.
-Söylədiyinizə görə, tənqidi mövqe tutanlar müəyyən qrup parlamentarlar olub. Sizcə, onların niyyəti nədir?
- Parlamentdə və ondan kənarda bir çox insan gözləyirdi ki, biz Azərbaycanı sıfır səviyyədə demokratiyanın olduğu və qanunlara hörmət göstərilməyən avtoritar ölkə obrazında təsvir etmək ideyasına dəstək verəcəyik. Bizim qiymətləndirməmiz bu obrazla tam ziddiyyət təşkil etdiyi üçün bu qruplar məyus oldular və bizə zərbə vurmağa çalışdılar. Çünki biz həqiqəti dedik və Azərbaycan haqqında yanlış təsəvvürləri dəstəkləməkdən imtina etdik.
- Bəs Siz Avropa Parlamenti, AŞPA və ATƏT DTİHB-nin müşahidə missiyalarının qiymətləndirmələrinin bu qədər fərqlənməsini necə izah edə bilərsiniz?
- Çox sadə. Seçkilərdə 3 fərqli assambleya - Avropa Şurası, ATƏT və Avropa Parlamentindən 66 parlamentar müşahidə apardı. Biz hamımız sərbəst müşahidə apardıq və bizdə seçkilər barədə müsbət fikir formalaşdı. DTİHB-nin tərkibinə isə siyasi məsuliyyəti olmayan, seçilməmiş, belə deyək, ekspertləri yığırlar. Onları manipulə etmək asandır. Bizim qiymətimiz məsuliyyət hissi ilə verilib. Biz parlamentar olaraq seçkiləri daha yaxşı bilirik, nəinki növbəti dəfə iş almaq barədə düşünən ekspertlər.
-Müşahidə barədə Bakıda ilkin rəyinizi təqdim edərkən bildirdiniz ki, missiyanın yekun hesabatı da olacaq. Bu hesabat nə vaxt açıqlanacaq?
- Biz artıq qısa hesabat hazırlamışıq və bir müddət sonra ətraflı hesabat açıqlayacağıq. Sənəd Xarici işlər üzrə komitədə müzakirədən sonra hazır olacaq. Düşünürəm ki, bu, yaxın iki həftə ərzində baş verəcək. Biz artıq ilkin müzakirə aparmışıq və mən missiyanın apardığı müşahidənin nəticələrini təqdim etmişəm. Komitə daxilində hansısa xüsusi etirazlar olmadı. Xarici işlər komitəsinin üzvlərinin əksəriyyəti seçkiləri izləmiş təcrübəli siyasətçilərdən ibarətdir və onlar öz həmkarlarının işinə hörmətlə yanaşır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info