KİVDF jurnalistlər üçün müsabiqə elan etdi
Tarix: 25.10.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirib ki, iclasda iki məsələnin - “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üzrə mövzuların müəyyənləşdirilməsi və cari məsələlərin müzakirəsi nəzərdə tutulub.
Gündəlikdə dayanan birinci məsələ barədə çıxış edən fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üzrə 45 əsas, 15 həvəsləndirici mükafat verilməsi nəzərdə tutulub. Bunu nəzərə alaraq icraçı direktor konsepsiya üzrə 15 istiqamətdə 45 mövzunun müəyyənləşdirilməsini təklif edib. Vüqar Səfərli öncədən müsabiqə mövzularının müəyyənləşdirilməsi üçün Müşahidə Şurasının üzvlərinə və redaksiyalara təkliflərini təqdim etmək üçün müraciət olunduğunu bildirib. Əldə edilmiş təklif və rəylər Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Bundan sonra müzakirəyə başlayan Müşahidə Şurasının üzvləri “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üçün 15 istiqamət üzrə 45 mövzu müəyyənləşdiriblər. İclas iştirakçıları cari məsələlərin müzakirəsi zamanı müsabiqə şərtləri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar fikir və mövqelərini bildiriblər. Qərara alınıb ki, müsabiqə müddəti ərzində telekanallarda və müxtəlif KİV-lərdə maarifləndirmə işləri aparılsın. Qeyd edək ki, müsabiqə üçün yazıların qəbulu 28 oktyabr 2013-cü il tarixində başlayır, 10 dekabr 2013-cü il tarixdə başa çatır (10 dekabr 2013 yazıları təqdim etmək üçün sonuncu tarixdir). Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır. Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 15 həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub. Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. İstiqamətlər üzrə 45 nəfər qalibin hər birinə 1000 manat, 15 yazı müəllifinə isə həvələndirici 300 manat məbləğində mükafatlar veriləcək, qaliblər fondun xüsusi diplom və təşəkkürnamələri ilə təltif olunacaqlar.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info