“Xəzər regionu ABŞ üçün çox əhəmiyyətlidir”
Tarix: 26.10.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “ABŞ-ın enerji təhlükəsizliyi məsələləri embarqodan 40 il sonra - energetik texnologiyalar və siyasi kurs” mövzusunda forum keçirilib.
Mərkəzin qonağı ABŞ energetika naziri Ernest Moniz olub. E.Monis 1973-cü ildə OPEK üzvü olan ərəb ölkələri tərəfindən tətbiq edilmiş neft embarqosunun tarixindən söhbət açıb, qeyd edib ki, 1973-cü ildə siyasi reallıqlar müasir reallıqlardan fərqli idi. O vaxt İran ABŞ-ın müttəfiqi idi, Amerika ailələri enerji ehtiyaclarını təmin etmək üçün öz gəlirlərinin orta hesabla 20 faizə qədərini sərf etməli olurdu. Embarqo ABŞ-ın enerji siyasətinə ciddi təsir edib. Sonrakı 40 il ərzində ABŞ da daxil olmaqla qərb ölkələri enerjinin səmərəli istifadəsi və alternativ enerji növlərinin axtarışı üzrə layihələrə sərmayə qoymağa başlayıblar. Neft böhranı Beynəlxalq Energetika Agentliyi və Energetika Nazirliyinin yaradılmasını zərurətə çevirib. Hazırda ABŞ neft idxalından asılılığı azaltmağa və təbii qazdan geniş istifadə etməyə çalışır. Nazir onu da qeyd edib ki, prezident Obamanın siyasətində başqa ölkələrlə energetika sahəsində sıx əməkdaşlıq nəzərdə tutulur. AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri nazirə ABŞ-ın Azərbaycan barəsində siyasəti ilə bağlı bir sual verib. Nazir deyib ki, Xəzər regionu ABŞ üçün çox əhəmiyyətlidir: “Xəzərdən çıxarılan qazın Avropaya nəql edilməsi ilə bağlı bir sıra məsələlər hələ öz həllini gözləyir və ABŞ administrasiyası hadisələrin inkişafını diqqətlə izləyir”. Xatırladaq ki, Ernest Monis ABŞ-ın energetika naziri vəzifəsinə 2013-cü ilin may ayında təyin edilib.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info