Hindistan və Türkiyə Gömrük İttifaqında?
Tarix: 26.10.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Hindistan Gömrük İttifaqına üzv olan ölkələrlə azad ticarət zonası haqqında müqavilə bağlamağı təklif edib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Gömrük İttifaqının sammitində bəyan edib. “Yaxın dostumuz olan Hindistanın baş naziri bu günlərdə bizim qonağımız olub. O məndən bizim bugünkü görüşümüzdə Hindistan və Gömrük İttifaqı arasında azad ticarət zonası haqqında müqavilənin bağlanması barədə məsələyə baxılmasını xahiş edib”- deyə Putin bildirib.
Onun sözlərinə görə, Hindistan bazarının həcmini və bütövlükdə, Asiyanın inkişaf perspektivlərini nəzərə almaqla, bu təklifə ciddi baxılmalıdır. Rusiya prezidenti qeyd edib ki, Gömrük İttifaqının genişlənməsi bütün ölkələr üçün eyni şərtlər əsasında həyata keçirilməlidir. Bu arada Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəni Gömrük İttifaqına üzv qəbul etməyi təklif edib. Onun sözlərinə görə, xarici ölkələrə səfərləri zamanı “ondan tez-tez SSRİ-ni bərpa etmək və ya Rusiyanın rəhbərliyi altında nə yaratmaq istədiklərini” soruşurlar: “Türkiyə böyük dövlətdir, onu qəbul etsək, bu söhbətlərə son qoyular”. Qeyd edək ki, Vladimir Putin toplantıda Avropa Birliyi (AB) ilə assosiativ müqavilə imzalamağın Ukraynanın öz suveren işi olduğunu deyib: “Lakin Kiyev AB ilə müqavilə bağlayandan sonra Rusiya, Belarus və Qazaxıstanın üzv olduğu Gömrük İttifaqına qoşula bilməyəcək. Biz nə lehinə nə də əleyhinəyik. Bu, ümumiyyətlə, bizim işimiz deyil - bu Ukrayna xalqının, prezident, parlament və hökumətin qismində Ukrayna rəhbərliyinin suveren hüququdur”. Avropa Birliyi ilə müqavilədən sonar Ukraynanın Gömrük İttifaqına qoşula biləcəyi ilə bağlı suala cavabında Vladimir Putin bunun mümkünsüz olduğunu bildirib: “Xeyr, bu mümkün deyil. Ona görə mümkün deyil ki, bu assosiasiyanın çərçivəsində AB ilə Ukrayna arasında azad ticarət zonasının yaradılması nəzərdə tutulub”. Belarus prezidenti Aleksandr Lukaşenko isə bildirib ki, Ermənistanın Belarus, Qazaxıstan və Rusiyanın artıq qət etdiyi inteqrasiya yolunu keçmək lazım olduğunu dəqiq anlaması çox vacibdir: “Və bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürməlidir”. Onun sözlərinə görə, Gömrük İttifaqına üzv olan dövlətlər - Rusiya, Belarus və Qazaxıstan Gömrük İttifaqına qoşulmaq istəyən və ya istəməyən ölkələrlə əlaqə mexanizmini hazırlamaq lazımdır: “Bir tərəfdən, biz Ermənistanın Gömrük İttifaqına qoşulmaq niyyətini görürük, o biri tərəfdən isə bizə heç də yad olmayan Ukraynanın Avropa Birliyi ilə assosiasiyaya can atmasını müşahidə edirik. Hər iki halda “üçlüyün” bu ölkələrlə qarşılıqlı fəaliyyətinin konstruktiv mexanizmini hazırlaması zəruridir”. Onun sözlərinə görə, Belarus Gömrük İttifaqına yeni tərəfdaşlarının qoşulmasını alqışlayir: “Bizim birliyin qapıları başqa ölkələr üçün həmişə açıqdır”. Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanı MDB-nin tərkibinə qayıtmağa çağırıb. Lukaşenko Gürcüstanın MDB-ni tərk etmək üçün müəyyən səbəbləri olduğunu söyləyib: “Gürcüstanda və o cümlədən ölkə rəhbərliyində dövlətlərimizin həyatına aid siyasi və iqtisadi məsələlərin müzakirə olunduğu meydançaya malik olmağı istəyən adamlar var. Ümid edirəm ki, Gürcüstan bu çağırışı qəbul edəcək”. A.Lukaşenko sözdən əmələ keçməyin vaxtı çatdığını deyərək, Gürcüstana MDB-yə heç olmasa, müşahidəçi statusunda qayıtmağı təklif edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info