Rəsul Quliyev: “Xalq müxalifətə inanmır və öz gələcəyini onlara bağlamaq fikrində deyil”
Tarix: 28.10.2013 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


“Milli Şuranın mitinqi bir daha göstərdi ki, xalq müxalifətə inanmayacaq”. “Palitra”nın məlumatına görə, bu fikirləri eks-spiker Rəsul Quliyev “milli şura”nın keçirdiyi son uğursuz mitinqi qiymətləndirərkən bildirib.
R.Quliyev sosial şəbəkələrdə açdığı müzakirədə müxalifət liderlərini ələ salaraq, onların siyasətdən kənar insanlar olduqlarını deyib: “Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlara bağlamaq fikrində deyil. Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar. “Milli şura” deyilən təşkilat zəifləmiş İctimai Palata, üstəgəl Cəmil Həsənlidən ibarətdir. Müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinqdə camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər. Çox şeyi sadalamaq olar, ancaq bir şey gün kimi aydındır. “Milli şura” deyilən qurum ya real müqavimət planı hazırlayıb xalqın müzakirəsinə verməli, ya da camaatı çaşdıran əməllərdən çəkinməlidir”.
ACP-nin sabiq lideri nəinki mitinq məsələsində, ümumilikdə “milli şura”nın fəaliyyəti ilə bağlı olan digər məsələlərdə də uğursuz olduğunu deyərək, bu birliyin bostanına daş atıb. “Milli şura”dan çıxarılmasını özünə sığışdırmayan eks-spiker müxalifət liderlərini əxlaqlı olmağa çağırıb:“Mənim “milli şura”ya təklifim indikindən də ağır məğlubiyyətə istər könüllü, istərsə də vəziyyəti anlamadam düşməmək, gedəcək proseslərin qarşısını almaq üçün planın, proqramın hazırlanmasına təcili başlamaq təklifi idi. “Milli şura” Cəmil müəllimi sədr, Rüstəm İbrahimbəyovu fəxri sədr seçmək, məni üzvlükdən azad etmək məsələsinin bu gün Azərbaycan üçün daha önəmli məsələ olduğunu nəzərə alaraq, onları müzakirəyə başladı.
Dərindən heç nəyi analiz etməyən və ya etməyi bacarmayan bəzi “milli şura” liderləri kimlərinsə vasitəsilə guya mənim bu hakimiyyəti dəstəklədiyim barədə rəvayətlər uydururlar, həmişəki kimi. Əslində isə apardıqları siyasət bundan sonra hakimiyyətin qat-qat güclənməsinə gətirib çıxaracaq.
Əgər “milli şura” üzvü könüllü üzvlükdən imtina edib, istefa veribsə necə bu məsələ müzakirə edilə və qərar çıxarıla bilər, bu absurddur. İstefa verən barədə “milli şura”dan filankəsi çıxartdıq” demək, yazmaq ayıbdır, heç olmasa elementar qayda-qanunlara əməl etməyi özünüzə aşılamağa cəhd edin”-deyə R.Quliyev hiddətlənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info