ATGTİ “Üçrəngli İdeya Müsabiqəsi” layihəsinə start verir
Tarix: 28.10.2013 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


ATGTİ-nin mətbuat katibliyindən verilən məlumata görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gənclərin maarifləndirilməsi və istedadlı gənclərin üzə çıxarılması yönündə müxtəlif layihələri həyata keçirməyə davam edir.
ATGTİ 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Üçrəngli İdeya Müsabiqəsi” layihəsinə start verir. Sözügedən layihə gənclərə vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin aşılanması, dövlət atributlarının təbliği məqsədini daşıyır.
Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində keçirilən müsabiqəyə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri dizayn proqramlarında hazırlanmış dizayn işlərini təqdim etməklə qoşula bilər. “Üçrəngli İdeya Müsabiqəsi”ndə hər bir tələbə-gənc 1 dizayn işi ilə müsabiqəyə qatıla bilər. Təqdim olunan işlərdə üçrəngli bayrağın rənglərinin əks olunması mütləqdir. Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin də qalib olmuş işlər metro stansiyalarında sərgilənəcək.
Qeyd edək ki, müsabiqəyə qatılmaq istəyən gənclər hazırladıqları dizayn işlərini və şəxsi məlumatlarını - ad, soyad, təhsil müəssisəsinin adı və əlaqə telefonlarını qeyd etməklə musabiqe@atgti.az ünvanına göndərməlidirlər. Son müraciət tarixi: 5 noyabr 2013-cü il.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info