Naxçıvanda Heydər Əliyev muzeyinə ekskursiya təşkil olunub
Tarix: 28.10.2013 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən Heydər Əliyev Gənclər Məktəbi üzvlərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilib.
Muzeyin direktoru Ramil Orucəliyev muzeyin yaradılması barədə məktəblilərə məlumat verib. Bildirib ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycan dövlətini yaradaraq xalqı müharibə və səfalətdən xilas edərək, hələ sağlığında canlı əfsanəyə çevrilib. Ümummilli Liderimizin həyat və fəaliyyətinin təbliğinə rəvac verən bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli sərəncamı ilə Naxçıvan şəhərində yaradılıb.
Sonra məktəblilər muzeyin zəngin eksponatları ilə tanış olublar. Məlumat verilib ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4 min 255 ədəd eksponat toplanıb. Həmin eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və Ümummilli Liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışları üçün dəyərli faktlar əldə edirlər.
Ekskursiya zamanı görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafında xidmətləri barədə məktəblilərə geniş məlumat verilib, Ulu Öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahələrə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info