Britaniyalı deputat: “Azərbaycan regional liderdir”
Tarix: 28.10.2013 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“Şotlandiya-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir.” “Palitra”nın məlumatına görə, bu barədə Böyük Britaniya Parlamentinin Şotlandiyadan olan millət vəkili Angus MacNeyl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırarkən deyib.
A.MacNeyl Azərbaycanın regionda söz sahibi və iqtisadi lokomotiv rolunda çıxış etdiyini bildirib: "Azərbaycanın ərazisi demək olar ki, Şotlandiyanın ərazisi ilə eyni ölçüdədir. Azərbaycan Qərbin müttəfiqidir və ötən 19 il ərzində BP-nin başçılıq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şitkəti (AİOC) vasitəsilə Avropanı qaz və neftlə təmin edib.
Azərbaycan və Şotlandiyanın enerji ekspertleri arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Şotlandiyada BP-nin 2500-dən artıq əməkadaşı vardır ki, ötən illər ərzində onların arasında yüzlərlə azərbaycanlı işçi də yer alıb. Həmçinin Bakıda çalışan şotland mütəxəssislərin də sayı yüzlərlə ölçülür.
Hazırda Azərbaycan Şotlandiyanın neft-qaz sənayesinin təchizatı üçün avadanlıq ixrac etdiyi ölkələrin sırasında 6-cı yerdə durur. Şotlandiyanın "Wood Group", "RBG", "Highland Rope Access International" və "Fergusson Seacabs" kimi aparıcı şirkətləri Azərbaycanda fəaliyyət göstərirlər.
Azərbaycan regional lider və güclü iqtisadi potensiala malik olan bir ölkədir. Onun Böyük Briyaniya ilə əlaqələri daha da genişlənərək dərinləşməyə doğru istimaqət götürəcəkdir. Belə ki, Şotlandiya şirkətləri enerji sahəsində böyük nailiyyətlərin əldə olunmasına verdikləri töhfəni iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi üçün də davam etdirəcəklər.”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info