Gənc Diplomatlar Birliyi yeni layihəsini təqdim etdi
Tarix: 28.10.2013 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


“Azərbaycan Gənc Diplomatlar Birliyi” Beynəlxalq Mətbuat Mərkəzində “Gənclərin diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşə hazırlığının və intellektual səviyyəsinin inkişafı” layihəsinin təqdimatını keçirib. Təqdimat mərasimində ictimai xadimlər, gənclər təşkilatlarının rəhbərləri, QHT nümayəndələri və media mənsubları iştirak ediblər.
AGDB-nin baş məsləhətçisi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun rəhbəri, professor Elman Nəsirli açılış nitqində qeyd edib ki, Azərbaycan Gənc Diplomatlar Birliyi son zamanlar xeyli populyarlaşan, öz fəaliyyəti ilə gənclərin diqqətini cəlb edən, ətrafına daha böyük intellektli gənclər ordusunu toplamağa başlayan, ölkənin ictimai siyasi həyatında fəallığı ilə seçilən, eləcə də ölkə tarixində ən mühüm və vacib hadisələrdən biri olan 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində öz fəallığı ilə seçilən gənclər qrumu olaraq yadda qalıb. Elman Nəsirovun çıxışından sonra söz alan Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov Gənclər Fondu haqqında geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan Gənc Diplomatlar Birliyinin bu layihəsi ölkə gənclərinin diplomatiya haqda biliklərinin inkişafı istiqamətində mühüm rol oynaycaq. Orxan Ərəbov təşkilata uğurlar arzu edib.
AGDB-nin baş katibi Eltun İbrahimov layihə haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, benefisiantların qəbulu zamanı ən azı "intermediate" səviyyəsində ingilis dili bilgisinin olması şərtdir. İkinci dilin seçimi isə müsabiqə zamanı iştirakçıların təlabatına uyğun müəyyən olunacaq.
Layihə müddətində diplomatlar və tanınmış politoloqlar tərəfində təlimlər keçiriləcək, eyni zamanda 2 böyük konfransın keçirilməsi nəzərdə tutulub.
Tədbirdə iştirak edən “Heydərçi Gənclər” təşkilatının rəhbəri, həmçinin “Azərbaycan Gənc Diplomatlar Birliyi”-nin Qazaxıstan nümayəndəliyinin sədri Bəhruz Axundov Qazaxıstanda təşkilatın uğurlarından söz açaraq qeyd edib ki, “biz ulu öndər Heydər Əliyevin adını daşıyan və bu ideologiyanı nümunə seçən gənclər ordusu olaraq hər zaman Vətənimizi, ölkəmizin milli maraqlarını təmsil edirik. Bundan sonra da Azərbaycan dövlətçiliyinə və cənab Prezidentə xidmət edəcəyik”.
Təşkilatın beynəlxalq əlaqələr üzrə katibi Əlimərdan Sultanov Azərbaycan Gənc Diplomatlar Birliyinin yaranma tarixi, əvvəlki illərdə gördüyü uğurlu layihələr haqqında danışaraq gələcək perspektivlər barədə qonaqları məlumatlandırıb.
Tədbirin sonunda təşkilata yeni qoşulanlara vəsiqələr təqdim olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info