“El Pais”: “ABŞ İspaniyada bir ayda 60 milyon telefon danışığını dinləyib”
Tarix: 28.10.2013 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


ABŞ Milli Təhlükəsizlik Agentliyi İspaniyada 10 dekabr 2012-ci ildən bu ilin yanvarına qədər 60 milyon telefon zəngini izləyib. Bu barədə İspaniyanın “El Pais” qəzetinin adı çəkilməyən jurnalistlər tərəfindən hazırlanmış məqaləsində bildirilir. Qeyd edilir ki, alınmış informasiya zənglərin tərkibi ilə bağlı olmayıb: “Amma zəng edənlərin və zəng olunanların nömrəsi, onların yerləşdiyi yer, danışıq müddəti və telefonların seriya nömrəsi qeyd edilib”. Qeyd edək ki, “El Pais”in bu yazısı “The Guardian”ın keçmiş jurnalisti, blogger Qlenn Qrinvaldın məlumatlarına əsaslanır. Qəzet yazır ki, Qrinvaldın ABŞ kəşfiyyatçısı olmuş Snoudenin yaydığı məxfi məlumatlara və sənədlərə çıxışı olub. Bununla eyni zamanda, Qrinvald öz informasiyasını açıqlayan kimi, İspaniya hökumətinin başçısı Raxoy ABŞ-ın Madriddəki səfirini bu məsələyə aydınlıq gətirməyə çağırıb. Buna əsas isə həm də daha əvvəl “El Pais”də dərc olunmuş ABŞ Milli Təhlükəsizlik Agentliyinə casusluq ehtimalı ilə bağlı məlumat olub. Məqalədə qeyd edilir: “Bizim qəzet yazıb ki, amerikan agentliyi ispan vətəndaşlarının milyonlarla telefon zənglərini, SMS və elektron məktublarını izləyib, bu vətəndaşların arasında ispan siyasətçiləri və hökumət nümayəndələri də olub”.
Qəzet ehtimal edir ki, ispan hökuməti bu məsələyə sərt reaksiyanın qalmaqala çevrilıməsindən ehtiyatlanır, çünki ispan xüsusi xidmət orqanları ilə amerikan müvafiq qurumlarının əməkdaşlığına xələl gələcəyindən çəkinir.
Bu məsələ ilə bağlı olaraq qeyd edək ki, İspaniyada zənglərin və yazışmaların tutulması və zənglər barədə məlumatlara məhkəmənin sanskiyası olmadan çıxış cinayət sayılır. Qəzet bu barədə belə qeyd edir: “Qrinvald tərəfindən səsləndirilmiş və “El Mundo”da açıqlanmış məlumatlar isə bu kütləvi casusluğun miqyasını və gücünü göstərir”.
Nəşr Madridi ABŞ Milli Təhlükəsizlik Agentliyinin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq şəraitində dünyanı izlədiyi 80 dünya ölkəsindən biri kimi qeyd edir. Qəzet onu da bildirir ki, 2001-ci ildə İspaniya və ABŞ bask təşkilatlarından olan terroristlərlə və cihadçı təşkilatlarla mübarizədə sıx əməkdaşlıq ediblər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info