İran Amerika əleyhinə müsabiqə keçirir
Tarix: 28.10.2013 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


İranda “Amerikaya ölüm” müsabiqəsi keçirilir. Müsabiqədə ABŞ-ı məhv etməyə çağıran ən yaxşı sənət əsərləri müəyyənləşdiriləcək. Əsas nominasiyalar uğrunda rəssamlar, karikaturaçılar və fotoqraflar, əlavədə isə - sənədli film yapımçıları, şair və bloqçular yer alacaq. Əsas nominasiya üçün priz təxminən 4 min dollar olacaq. “NEWSru.co.il.” xəbər verir ki, müəlliflərə, ”Niyə Amerika belə nifrət oyadır”, “Niyə ABŞ-a arxalanmaq olmaz”, ”ABŞ və islamofobiya”, ”ABŞ və neokolonializm”, ”ABŞ diktaturası” və s. mövzularda işlərini təqdim etmək təklif olunub. “Обозреватель” yazır ki, iranlı mühafizəkarlar hesab edirlər ki, yeni hökumətin ABŞ-la yaxınlaşma siyasəti İslam Respublikasının ənənələrinə təhlükə yaradır. Əvvəllər məlumat verilirdi ki, əgər Tehran əməkdaşlığa razılaşsa İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların qaldırılması haqqında bir neçə ay ərzində ABŞ qərar qəbul edə bilər. Barak Obama və Həsən Ruhani 28 sentyabrda Tehranın nüvə proqramı barəsində razılaşmanı telefonda müzakirə ediblər. Bu, 1979-cu ildən indiyə kimi olan vaxt ərzində Amerika və İran prezidentləri arasındakı ilk danışıqlardır.

Elnarə




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur
25.05.2019
Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi
25.05.2019
Meksikada “Mi-17“ helikopteri qəzaya uğrayıb
25.05.2019
Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info