Əsas məhsullarla özünü təminetmə 100%-ə çatdırılacaq
Tarix: 28.10.2013 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına həsr olunmuş geniş müşavirə keçirildi

İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların icrası, İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Müşavirədə çıxış edən nazir Şahin Mustafayev bu ilin oktyabrın 9-da keçirilmiş beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, azad və ədalətli seçkilərdə möhtəşəm və parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə cənab İlham Əliyevi İqtisadiyyat və Sənaye Nazirliyinin kollektivi və öz adından təbrik edib. Şahin Mustafayev bu böyük tarixi hadisə münasibətilə nazirliyin kollektivini də təbrik edərək, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün nazirlik əməkdaşlarının bütün qüvvə və bacarığını sərf edəcəklərini vurğulayıb.
Şahin Mustafayev Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə qazanılmış iqtisadi uğurlar barədə məlumat verib, bu uğurların 2013-cü ilin 9 ayında da davam etdiyini qeyd edib, bütün bunların həyata keçirilən düşünülmüş, uzaqgörən və praqmatik siyasətin göstəriciləri olduğunu bir daha diqqətə çatdırıb. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu ilin 9 ayında görülmüş işlərə yekun vurub, qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, Prezident makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması, süni qiymət artımına yol verilməməsi, 2013-cü ilin sonunadək Dövlət İnvestisiya Proqramının tam icra olunması, növbəti ildə Dövlət İnvestisiya Proqramının genişləndirilməsi, xarici və daxili investisiyaların artırılması barədə konkret tapşırıqlar verib. Dövlət başçısının çıxışında sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilib, Sumqayıt Kimya Sənaye Parkının ən qısa müddətdə fəaliyyətə başlaması, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının hazırlanması, növbəti 5 ildə bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlərin həll edilməsi, 2014-cü ildə “Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın davam etdirilməsi, yeni iş yerlərinin açılması, məktəb tikintisinin, içməli su xətlərinin çəkilişinin davam etdirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulub. İclasda ölkə rəhbəri tərəfindən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əsas məhsullar üzrə özünü təminetmənin 100%-ə çatdırılması, iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni dövriyyəyə buraxılan suvarılan torpaqlarda görüləcək işlər barədə konkret təkliflərin hazırlanması və s. barədə mühüm tapşırıqlar verilib. Nazir Şahin Mustafayev Prezident İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli çıxışında ölkəmizin qarşıdakı illərdə inkişaf istiqamətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini, iqtisadi islahatların davam etdirilməsini, uğurlu inkişaf tempinin saxlanılması və artırılmasını, iqtisadiyyatın hər bir sahəsinin inkişafı ilə bağlı olan proqramların icra edilməsini, iqtisadiyyatın artımına qeyri-neft sektorunun inkişafı hesabına nail olunmasını, sənayeləşmə siyasətinin davam etdirilməsini, ağır sənayenin inkişafı ilə bağlı böyük layihələrin icra edilməsini, texnoparkların, sənaye zonalarının yaradılmasının davam etdirilməsini, investisiyaların cəlb edilməsi və xarici bazarlara investisiyaların qoyulmasını, sahibkarlığın inkişafını, daxili istehsalçılara daha əlverişli şəraitin yaradılması və s. kimi hədəflər müəyyən edib. Prezident İlham Əliyev çıxışında qarşıdakı illər üçün qarşıya həmçinin, sosial siyasətin prioritetliyi, sosial proqramların icrası, sosial infrastrukturun daha da inkişaf etdirilməsi, yoxsulluğun azaldılması, iqtisadiyyatın demoqrafik inkişafla uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi kimi mühüm vəzifələr qoyub. Dövlət başçısı növbəti 5 il ərzində kənd təsərrüfatının inkişafı, böyük suvarma layihələrinin icrası, informasiya-kommunikasiya texnologiyalarının inkişafı siyasətinin davam etdirilməsi, elektron xidmətlərin sayının artırılması, məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, ən başlıcası isə insan amilinə xidmət edir. Müşavirədə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, nazirliyin strukturları tərəfindən Tədbirlər Planında nəzərdə tutulan işlərin gedişi barədə mütəmadi olaraq hesabatların dinlənilməsi qərara alınıb.
Müşavirədə nazir Şahin Mustafayev Prezidentin “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında” 22 oktyabr tarixli sərəncamının nazirliyə böyük etimad olduğunu vurğulayıb, qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb, bu vəzifələrin icrası üçün nazirliyin fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq tapşırıqlar verib.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info