Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib
Tarix: 03.08.2020 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ön xəttdə yerləşən “N” hərbi hissədə Qurban Bayramı münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, müharibə veteranları, qazilər, şəhid ailələri, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də “Mangal Steakhouse” restoranlar şəbəkəsinin rəhbərliyi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəxsi heyəti Qurban Bayramı münasibətilə təbrik edib, Azərbaycan Ordusunun xalqımızın qürur mənbəyi, güvənc yeri olduğunu bir daha diqqətə çatdıraraq, Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda qurbanlar kəsilməsini arzulayıblar.

Əsgərlərə qələbə əzmi diləyən qonaqlar xalqın mənəvi dəstəyinin daim onlarla olduğunu bildirərək, hər zaman güclü dövlətimiz və qüdrətli ordumuzla fəxr etdiklərini vurğulayıblar. 30-a yaxın dünya şöhrətli aşpaz kəsilən qurban ətindən şəxsi heyət üçün milli mətbəximizin gözəl təamlarından hazırlayıblar.

Məşhur kulinarlar bayram süfrəsini hazırladıqdan sonra, ordu aşpazlarına usta dərsləri verib və hərbi hissənin kitabxanasına kulinariya kitabları da hədiyyə ediblər.
Şəxsi heyət üçün hazırlanmış bayram süfrəsində birlikdə nahar edildikdən sonra hərbi hissənin rəhbərliyi adından tədbirin yüksək səviyyədə təşkilinə görə peşəkar aşpazlara fəxri fərmanlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
21.09.2020
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
21.09.2020
Goranboyda şəhid bulağının açılışı olub
20.09.2020
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
19.09.2020
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info