Meksikanın nüfuzlu mətbuat orqanı Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edib
Tarix: 04.08.2020 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ispan və ingilis dillərində “Enerji və ərazi mübahisələri Qafqazda müharibənin yenidən başlanması təhdidini yaradır” başlıqlı məqalə dərc edilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə ilk olaraq, Ermənistan və Azərbaycan arasındakı son hərbi toqquşmanın Qafqazda yeni müharibə ilə nəticələnə biləcəyi ilə əlaqədar dünya ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir. Silahlı qarşıdurmanın iki ölkə sərhəddində baş verdiyi qeyd olunur və bu dəfə münaqişəyə yeni bir faktorun cəlb olunduğu, toqquşmanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji enerji və nəqliyyat layihələrinin yaxınlığında qeydə alındığı, bu xüsusda Tovuz rayonu ərazisindən keçən və Avropanın enerji təhlükəsizliyində önəmli payı olan Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmiryolu xətti üçün təhlükə ərz etdiyi bildirilir.

Materialda Dağlıq Qarabağın Azərbaycana məxsus olmasının beynəlxalq ictimaiyyət, habelə Meksika tərəfindən tanındığı vurğulanır.

Yazıda dövlət sərhəddindəki hərbi toqquşma ilə bağlı Türkiyə tərəfinin bəyanatlarına istinad edilərək, rəsmi Ankaranın Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatını qəti surətdə pislədiyi və Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi bildirilir.

Məqalənin “Sülh və təhlükəsizlik” yarımbaşlıqlı hissəsində Azərbaycan Səfirliyinə istinadən Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycanın suveren ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğu, işğal edilmiş ərazilərdə 800 min azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirildiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə, habelə ATƏT və Avropa Şurası kimi digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsi və məcburi köçkünlərin evlərinə qaytarılmasını tələb etdiyi qeyd olunur.

Sonda regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, bu xüsusda, TAP və TANAP boru kəmərləri layihələrinin önəmi haqda məlumat verilir.

Məqalədə əsas illüstrativ material kimi Ermənistan tərəfinin artilleriya hücumu nəticəsində Tovuz rayonu ərazisində dağıntıya məruz qalmış dinc yaşayış binasının fotoşəkli öz əksini tapıb.

https://www.eluniversal.com.mx/english/disputas-energeticas-y-territoriales-amenazan-con-reavivar-guerra-en-el-caucaso

https://www.eluniversal.com.mx/english/energy-and-territorial-disputes-threaten-reignite-war-caucasus




 
Bölməyə aid digər xəbərlər
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır
27.09.2020
Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
27.09.2020
MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info