“Avesta” yerli və xarici investisiya cəlb etmək üçün səhmləşdirilir
Tarix: 28.10.2013 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Avesta” konserni yerli və xarici investisiyalar cəlb etmək üçün səhmləşdirilir. İnvestisiya reytinqi almaq üçün Delloite & Touche şirkəti audit keçirir. Bu barədə «Khazar İslands”da iki idman meydançasının açılışında “Avesta”nın sahibi İbrahim İbrahimov jurnalistlərə bildirdi. Səhmləşdirmə qısa müddətə bitəcək. İnvestisiyalar istiqraz buraxılışı və investisiya fondu yaratmqla cəlb ediləcək. Fondun kapitalı 500 mln. manat ola bilər. Hələlik tikinti konsernin hesabına aparılır və ona $1 mlrd-dan çox xərclənib.
Bildirilib ki, “Avesta”nın ilk xarici tərəfdaşı Türkiyənin “Sema” şirkəti yaşayış evləri tikintisinə $60 mln. qoyur. “Khazar İslands” layihəsinə xaricdə maraq artır, dünyanın müxtəlif şirkətlərindən təkliflər gəlir», deyə konsern rəhbəri bildirib.
Tələb olunan investisiyaların ümumi həcmi $100 milyarddır. İbrahimov hesab edir ki, satışdan təkrar investisiya hesabına $4 mlrd. cəlb etmək yetərlidir. “Khazar İslands”da dünyada ən hündür bina Azerbaijan Tower (1050 m) və ən böyük məscid (investisiya $1 mlrd) tikmək planlaşdırılır.
“Khazar İslands”da tikinti sürətlə gedir. İlk binalar 2014-cü ildə istismara veriləcək. Həmin vaxta ilk restoran və idman qurğuları turistləri qəbul edəcək. Mənzil satışı başlayıb və 213 mənzil alınıb. Şəhərdə hər cür sosial infrastruktur (məktəb, uşaq bağçaları, xəstəxanalar, teatr, opera və s.) olacaq. 2023-cü ildə orda 800 min nəfər daimi yaşayacaq. 250 min mənzil tikiləcək. İdarə etmə üçün meriya yaradılacq.
İbrahimovun sözlərinə görə, ilk mərhələ 2018-ci ildə bitəcək. O vaxt şəhərdə 100 min nəfər yaşayacaq. Mənzillər ilkin hesablaşma və ipoteka (6%) ilə satılacaq. Mənzillərin 1 kv m-i 3000 manat və daha çox olacaq.
50 ada və 19 mikrorayondan ibarət arxipelaqın sahəsi 24 kv kilometr olacaq. Burda 600 min nəfər işləyəcək. Onların yarısı xaricdən cəlb ediləcək. İbrahimovun sözlərinə görə, “Khazar İslands” ildə dövlət büdcəsinə 20 mlrd. manat gətirəcək.
“Khazar İslands”da əsas nəqliyyat velosiped və su nəqliyyatı olacaq. Bulvarın uzunluğu 150 km təşkil edəcək. Yaşıllıqlar böyük ərazi tutacaq. Çirkab suları təmizlənib suvarma, məişət tullantıları elektrik enerjisi üçün istifadə olunacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info