Dövlət qulluğu imtahanı ilə bağlı statistik məlumatlar açıqlanıb
Tarix: 06.08.2020 | Saat: 11:56:00 | E-mail | Çapa göndər


3 avqust 2020-ci ildə inzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlər haqqında bəzi statistik məlumatlar açıqlanıb.

DİM-dən Trend-ə verilən məlumata görə, DİM tərəfindən 3 avqust 2020-ci tarixində inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

İmtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası, gender aspektləri və s. haqqında bəzi statistik məlumatları təqdim edirik.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 67 nəfəri kişi, 30 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən 78 nəfər 20-39 yaş intervalında olanlardır. Bu namizədlərdən 15 nəfər imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 19 nəfərdən 1 nəfər lazımi nəticəni toplaya bilib.

AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 5 nəfərdən heç kim lazımi balı toplaya bilməyib. AB üzrə 23 nəfərdən 1 nəfər, AC üzrə isə 69 nəfərdən 15 nəfər test imtahanından uğurla keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 97 namizəddən 16 nəfəri (16.5%) müvəffəqiyyət əldə edib (67 kişidən 9 nəfəri, 30 qadından isə 7 nəfəri lazım olan balı toplayıb).

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 52 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Bu kateqoriyaya aid olanlardan 11 nəfər uğur qazanıb. İmtahanda iştirak edənlərdən 45 nəfərin məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlardan 5 nəfər uğur qazanıb.

Namizədlərin qeydiyyat ünvanlarına görə statistikasına nəzər salsaq 37 müxtəlif rayon və şəhər üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərin olduğunu görə bilərik. Daha çox Bakı (52 nəfər) sakinləri qeydiyyatdan keçiblər.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
25.09.2020
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
24.09.2020
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info