Turizm Agentliyi sahibkarlara müraciət edib
Tarix: 06.08.2020 | Saat: 12:24:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Nazirlər Kabineti COVID-19 pandemiyasının iqtisadi subyektlərə təsirlərinin azaldılması məqsədilə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən APA-ya bildirilib ki, Agentlik turizm sənayesində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin proqramdan operativ şəkildə yararlanması üçün müəyyən məqamları diqqətə çatdırır. ⠀ ⠀

- Yeni dəstək proqramının istiqamətləri:⠀

- Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı;⠀

- Fərdi (mikro) sahibkarlara birbaşa maliyyə dəstəyinin göstərilməsi proqramı.⠀ ⠀

Maliyyə yardımının şərtləri:⠀

- Bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və işçi sayını ciddi şəkildə azaltmayan vergi ödəyiciləri 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə yardımı alacaq.

Hər bir sahibkar üçün hesablanan cəmi yardım məbləği iki ay (avqust, sentyabr ayları) ərzində ödəniləcək və hər ödəniş cəmi yardım məbləğinin 50 faizi həcmində olacaq. Fərdi (mikro) sahibkarlara birbaşa maliyyə yardımı proqramı isə birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış sahibkarlara şamil edilir və həmin sahibkarlar təkrar 250 manat həcmində maliyyə yardımı alacaqlar.

Dəstək proqramından istifadə üçün aşağıdakı məqamlara diqqət edilməsi tövsiyə olunur: ⠀

- Birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş və ötən müddət ərzində bank rekvizitlərində hər hansı dəyişiklik olmayan vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Proqram çərçivəsində yardım əvvəlki məlumatlar əsasında ödəniləcək.

- Lakin bu günədək pandemiyadan müdafiə təyinatlı proqramlar çərçivəsində maliyyə dəstəyi almamış vergi ödəyiciləri 10 avqust 2020-ci il tarixinədək (növbəti 4 gün müddətində) İnternet Vergi İdarəsi (https://www.e-taxes.gov.az/ ) elektron portalına daxil olmaqla onlayn formada müraciətini göndərməlidir. Əks halda, yardımla əlaqədar müraciətlər nəzərə alınmayacaq.

- Müraciət zamanı təqdim edilən bank hesabının aktiv olub-olmaması məsələsinə diqqət edilməsi tövsiyə olunur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
21.09.2020
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
16.09.2020
Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
14.09.2020
“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
14.09.2020
“Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
3 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
4 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
5 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info