“Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlanıb
Tarix: 06.08.2020 | Saat: 12:38:00 | E-mail | Çapa göndər



Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarx “Instagram” və “facebook” sosial şəbəkələri üzərindən geniş istifadəçi auditoriyasına təqdim edilib. Videoçarxda Toğrul Nərimanbəyovun bir sıra kədərli hadisələr, repressiyalar, məhdudiyyətlər və ayrılıqlarla müşayiət olunan uşaqlıq illəri, əzmkarlıq, zəhmət ilə çizilən gənclik illəri haqqında məlumatlar öz əksini tapıb. Hazırlanan çarxda görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənməsinə dair nümunələr gətirilib. Bundan əlavə, materialda istedadlı fırça ustasının həm də opera ifaçısı olması, klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa etməsi də vurğulanıb. Videoçarxda Toğrul Nərimanbəyovun təltif edildiyi mükafatlar haqqında da məlumat verilib. Sözügedən videoçarxda rəssamın əsərləri, həmçinin də özünün şəxsi foto şəkilləri və videomaterialları da yer alıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
AzTV “Diriliş Ertuğrul” serialını yayımlayacaq
24.09.2020
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info