Metrodakı qrunt sularından yaşıllıqların suvarılması üçün istifadə edilməyə başlanıldı
Tarix: 06.08.2020 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bakı Metropoliteni" QSC tərəfindən metropoliten ərazisində formalaşan yeraltı qrunt sularından səmərəli istifadəyə hesablanmış mühüm bir layihənin icrasına start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumatda qeyd edilir ki, texniki məqsədlər, əsasən də yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihə çərçivəsində ilk mühüm addım "Nizami" metro stansiyasının yerləşdiyi ərazidə atılıb.

Baş Nazirin müavini Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsini nəzərdə tutan layihənin icrası ilə tanış olublar.

Qeyd edək ki, layihə çərçivəsində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami-Elmlər Akademiyası" mənzilində müvafiq işlər icra edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası suyun tərkibini tədqiq edərək müsbət rəy verdikdən sonra mühəndis-texniki qurğulardan suyun nəql edilməsini təmin edən xətt çəkilib. Artıq qrunt sularından paytaxtda yaşıllıqların suvarılması məqsədilə istifadə olunur.
Metropolitendə qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir və həmin ərazilərdə də bu cür tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, aprel ayının 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə ərazisində su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasının aktuallığını xüsusi qeyd edərək, müvafiq komissiyanın yaradılması barədə qərarını açıqlamışdı.
Komissiya tərəfindən bir neçə istiqamətdə layihələrin icrasına başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
29.09.2020
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
29.09.2020
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
29.09.2020
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
29.09.2020
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info