Armen Martirosyan: “Artıq erməni kimliyinə heç kim hörmət etmir”
Tarix: 28.10.2013 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


“Ermənistan elə bir birliyə daxil olmaq istəyir ki, orada Rusiya Azərbaycanla çoxmilyonlu silah sövdələşməsi haqqında müqavilə imzalayır, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır,
Belarus da əksər hallarda Azərbaycanın maraqlarını müdafiə edir”


“Həddindən artın zəif olan Ermənistan hakimiyyəti təzyiqlər qarşısında duruş gətirə bilmir. Belə görünür ki, sentyabrın 3-dən sonra baş verən proseslər Ermənistanın xeyrinə deyil”. Bu sözləri “Birinci İnformasiya”ya “İrs” partiyasının sədr müvavini Armen Martirosyan bildirib.
Onun sözlərinə görə bunun ən baiz nümunəsi Avropa Parlamentinin qəbul etdiyi son qətnamədir. BMT-nin dörd qətnaməsində əks olunan “işğal olunmuş ərazilər” fikri uzun müddət idi ki, Avropa instansiyalarının sənədlərində yer almırdı.

“Avropa Parlamentinin son qətnaməsi hələ başlanğıcdır”

Martirosyan hesab edir ki, Avropa Parlamentinin “işğal olunmuş ərazilər” ifadələrinin yer aldığı son qətnaməsi hələ başlanğıc, “gülün ləçəkləri” olmaqla yanaşı Avropanın Ermənistanan gələcəkdəki münasibətinə işarədir: «Bununla yanaşı Avropa İttifaqı hesab etdi ki, Türkiyə ilə üzvlüklə bağlı danışıqlar davam etdirilməldir. Buna paralel olaraq Nazarbayev və Lukaşenko bəyan edirlər ki, Ermənistan nə bu il, nə də gələn il Gömrük İttifaqına üzv ola bilməz. Nazarbayev Türkiyənin Gömrük İttifaqına üzvlüyündən danışır. Lukaşenko isə daha sərt şəkildə danışaraq bildirir ki, Ermənistanın Azərbaycanla ərazi problemi var və bu problem həll olunmalıldır. Ermənistan elə bir birliyə daxil olmaq istəyir ki, həmin birliyin əsas üzvlərindən biri olan Rusiya Azərbaycanla çoxmilyonlu silah sövdələşməsi haqqında müqavilə imzalayır, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Belarus da əksər hallarda Azərbaycanın maraqlarını müdafiə edir. Bundan sonra Polşanın xarici işlər naziri Ermənistana münasibətdə diplomatik şəkildə kifayət qədə sərt bəyanat verdi. Belə demək olar ki, artıq erməni kimliyinə heç kim hörmət etmir”. Erməni siyasətçi qeyd edib ki, Avropanın Ermənistana təzyiqləri başa düşüləndir: “Avropa Ermənistanda çox vaxt və maddi resurslar itirdi, hələ mən siyasi resursları demirəm. Belə deyək ki, seçkilərin saxtalaşdırılmasına, idarəetmə sisteminə yardım etdilər. Ermənistan isə sözün əsl mənasında Avropanı aldatdı. Nəticə belə də olmalı idi”.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info