Dünyada koronavirus infeksiyasından ölәnlәrin sayı 708 mini ötüb
Tarix: 06.08.2020 | Saat: 14:11:00 | E-mail | Çapa göndər



Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 708 mini keçib. Virusa yoluxanların sayı 18 milyon 874 min olub.


Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 708 mini keçib. Virusa yoluxanların sayı 18 milyon 874 min olub. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 12 milyon 60 mini keçib.

Dünyada son 24 saat ərzində 206 709 koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilib ki, son 24 saat ərzində dünyada "Covid-19"dan 5116 xəstə dünyasını dəyişib.

Epidemiyanın mərkəzi olan ABŞ-da bu günə qədər virusdan ölənlərin sayı 161 min 607 olub. Ölkədəki yoluxmaların ümumi sayı 4 milyon 973 min 741 olaraq qeyd edilib.
Son 24 saat ərzində 829 insanın öldüyü Meksikada epidemiyadan ölənlərin sayı 49 min 698-ə, yoluxmaların sayı 456 min 100-ə çıxıb.
Avropada epidemiyanın mərkəzi olan İngiltərədə indiyək "Covid-19"dan 46 min 364 nəfər ölüb. Ölkədə 307 min 184 nəfər də virusa yoluxub.

Fransada son 24 saatda epidemiya səbəbiylə daha 9 nәfәrin ölmәsilә insan itkisi 30 min 205 olub. Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 695 min artaraq 220 min 746-ya çatıb.

Braziliyada son 24 saat ərzində koronavirusa yoluxanların sayı 1 437 nəfər artaraq 2 862 861-ə yüksəlib. Ölkədə indiyədək virusa yoluxmuş 97 418 xəstə vəfat edib. Son 24 saatda 1 437 ölüm faktı qeydə alınıb.

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də "Covid-19" qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

İtaliyada koronavirus infeksiyasına yeni 384 yoluxma faktı qeydə alınıb.

Ötən gün "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 248 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 181-i vəfat edib.

"Covid-19"dan ölənlərin sayısı: İspaniyada 28 min 499, Almaniyada 9 min 245 olub.

"Covid-19" epidemiyası səbəbindən son 24 saat ərzində Hindistanda daha 904 nəfər ölüb. Bununla da, ölkədə virusdan ölənlərin sayı 40 min 761-ə çatıb. Ümumilikdə virusa yoluxanların sayı 1 milyon 966 min nəfərdir. İlkin məlumatlara görə, ölkənin qərbindəki Gucerat əyalətində Kovid-19 virusundan əziyyət çəkən xəstələrin müalicə olunduğu xəstəxanada baş verən yanğın zamanı 8 nəfər ölüb.

Rusiyada bu günədək epidemiya nəticəsində ölənlərin sayı 14 min 490, yoluxanların sayı isə 866 min 627 nəfərdir.

İndiyədək "Covid-19"dan 17 min 802 ölüm faktının qeydə alındığı İranda 317 min 483 yoluxma aşkarlanıb. İndiyə qədər epidemiyadan ölənlərin sayı: Pakistanda 6 min 35, İndoneziyada 5 min 452, İraqda 5 min 94, Səudiyyə Ərəbistanında 3 min 20 nəfərdir. Afrika qitəsində virusdan ölənlərin sayı 536 nəfər artaraq 21 min 679 olub. Qitədə yoluxma sayı 997 min 350-yə yüksəlib. Kovid-19 səbəbindən bu günə qədər ən yüksək ölüm 9 min 298 nəfərlə Cənubi Afrikada, 4 min 930 nəfərlə Misirdə və 1261 nəfərlə Əlcəzairdə qeydə alınıb. Son 24 saat ərzində Çində 37, Cənubi Koreyada 43 yeni yoluxma faktı aşkarlanıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
25.09.2020
“TRT World“ Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı
25.09.2020
“Lufthansa“ mindən çox pilotu ixtisar edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info