Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
Tarix: 06.08.2020 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı sahəsində yeni layihəyə başlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi ilə bağlı onlayn görüş keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyev bildirib ki, layihənin icrası Zaqatala, Qax və Balakən rayonlarında ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Proqram rəhbəri Rainer Freund qeyd edib ki, Azərbaycan inanılmaz dərəcədə zəngin aqro-ekoloji bölgələrə, müxtəlif iqlim tiplərinə və kənd təsərrüfatı məhsullarına malikdir: “Bu məhsullardan yerli qida məhsullarının hazırlanması ənənəsi davam edir. Avropa Birliyində və başqa yerlərdə onilliklər, bəlkə də yüzilliklərlə qorunan bu ənənə bir üstünlük kimi istifadə edilir, yerli məhsullarla bazara çıxışı inkişaf etdirmək və rəqabət mühitini gücləndirmək vasitəsinə çevrilir”.

Layihənin əsas tərəfdaşlarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə yeni layihənin əhatə etdiyi rayonlardakı fermerlərin rifahına göstərəcəyi təsir barədə məlumat verib. Firdovsi Fikrətzadə sahədən yığıldığı kimi satışa çıxarılan məhsullardan fərqli olaraq əlavə dəyər qazanan məhsulların kəndlilərə daha çox gəlir gətirəcəyini bildirib. “Layihə bizə təkcə bir neçə dəyər zənciri yaratmağa deyil, həm də dəyər zəncirləri üzrə sistem yaratmağa imkan verəcək”, - deyə Firdovsi Fikrətzadə vurğulayıb.

Layihənin rəhbəri Yusif Axundov əlavə edib ki, seçilmiş 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacaq və istehsal olunmuş məhsulların bazara çıxışı təşkil olunacaq. Layihə rəhbəri istehsal edilmiş məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacağını vurğulayıb.

Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Avropa İttifaqının, Dünya Bankının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, bir sıra beynəlxalq layihələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, fermer assosiasiyalarının, özəl təşkilatların rəhbərləri iştirak ediblər. Çıxış edənlər fermerlərə məsləhət xidmətləri göstərmək üçün atılacaq addımlar, yaradılacaq innovativ platformalar barədə məlumatlar verib, beynəlxalq nümunələrdən danışıblar.

“Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info