Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb
Tarix: 06.08.2020 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Bu sahənin inkişafında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, həmin proqram çərçivəsində Tovuz rayonunda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanılması və emalı məqsədilə tütün qurutma müəssisəsinin yaradılması nəzərdə tutulub. Dövlət proqramının icrası çərçivəsində “Tovuz Aqro Sənaye” MMC-də yaradılmış tütün qurutma müəssisəsi öz fəaliyyətinə başlayıb.

Əvvəllər rayonda istehsal olunan yaş tütün yarpaqları 250-300 km məsafədə digər rayonlarda olan tütün qəbulu məntəqələrinə təhvil verilirdi. Bu isə yaş tütün məhsulu istehsalçıları üçün iqtisadi cəhətdən səmərəli deyildi. Hazırda Tovuzda tütün qurutma müəssisəsinin yaradılması ilə həmin problemin həlli rayonda və bölgədə tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradıb.

Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məmməd Məmmədov həmin müəssisədə olaraq işlərin gedişi ilə maraqlanıb. Bildirilib ki, bu il rayonda tütünçülüklə məşğul olan fermerlər və digər istehsalçıları 50 hektar sahədə tütün əkiblər. Bir neçə gündür ki, tütün yarpağı yığımına başlanılıb. Qısa müddət ərzində 100 tona yaxın yaşıl tütün yarpağı sahələrdən dərilərək birbaşa tütün qurutma məntəqəsinə təhvil verilib. Müəssisədə yaş tütün yarpağının qəbulundan başlamış texnoloji prosesin son məhsulu kimi tütün fermentasiya fabrikinə kipləşdirilmiş halda göndərilən quru yarımfabrikat istehsalı tamamilə müasir texnologiyalar əsasında həyata keçirilir. Bunun üçün tam avtomatlaşdırılmış həmin məntəqəyə 10 ədəd termopilin avadanlığı Serbiya Respublikasından alınıb gətirilmişdir. Hazırda müəssisədə 30 nəfər daimi işlə təmin olunub.

RİH başçısı kollektiv üzvləri və məhsul istehsalçıları ilə görüşü zamanı bildirilib ki, tütünçülüyün inkişafı üçün sahibkarlara daim dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir və gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlər görüləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info