Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb
Tarix: 06.08.2020 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov avqustun 6-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə çıxışı zamanı deyib.

İqtisadiyyat naziri bildirib:
"Cari il martın əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirdi. Sizin müvafiq Sərəncamınızla ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verildi. Martın 31-də Sizin qəbulunuzda olarkən iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edildi. Sizin göstərişinizlə aprelin 4-də Baş Nazir tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndi. Bu gün məruzə edə bilərəm ki, görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib. Valyuta məzənnəsi tam sabitdir. Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu - nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olub.

Məruzə etdiyim kimi, əməkhaqlarının əhəmiyyətli hissəsinin ödənilməsinə dəstək proqramı iki mərhələdən ibarət olub. Mart-aprel aylarında və bu yaxınlarda Sizin göstərişinizlə Baş Nazirə müraciət etmişik, bu proqramın daha iki aylıq uzadılmasını nəzərdə tuturuq. Buna görə mən bir daha Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Həmçinin eyni dövrdə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək bu yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək proqramı çərçivəsində dəstək göstərilib. Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa da təbii olaraq mənfi təsir göstərir. Bu, özünü həm də makroproqnozların, yəni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq. Obyektiv səbəblərə görə ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir. Enerji bazarlarının da hələ tam bərpa olunmaması bizim üçün obyektiv çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq, biz qərargahın tərkib hissəsi olaraq sanitar-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik.

Sizin müvafiq Sərəncamınızla İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət göstərən ticarət obyektlərində sanitar-epidemioloji şəraitin qorunması ilə bağlı monitorinq tədbirləri keçirilir. Məruzə edirəm ki, nöqsan aşkarlanmış obyektlərin sayı təxminən 15 faiz civarındadır. Bu pozuntular arasında ən çox qeydə aldığımız və müvafiq cərimələr tətbiq etdiyimiz aşağıdakı dörd kateqoriyadır:

- İşçi heyətin maska və əlcəklərdən istifadə etməsində pozuntular;

- Vətəndaşların növbə zamanı sosial məsafəni qorumaması və növbəlilik stikerləri ilə təmin olunmaması;

- Obyektlərin girişində əl dezinfektoru olan spirtdən istifadə edilməməsi;

- Vətəndaşların obyektə maskasız daxil olması.

Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, möhtərəm cənab Prezident, biz istənilən iqtisadi fəallığı bütün sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik. Bunlar həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. Burada dövlət orqanları monitorinq funksiyasını həyata keçirir və keçirməlidir, amma hər bir vətəndaşın davranışından da çox şey asılıdır. Biz tam anlayırıq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaşmalara rəğmən öz fəaliyyətimizdə və iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik".




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info