Özbək professordan dünya analarına müraciət: “Bitsin bu işğal!”
Tarix: 06.08.2020 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru, tanınmış alim Gülbahar Aşurova dünya analarına müraciət edərək 30 ildən çoxdur ki, davam edən Ermənistanın Azərbaycana təcavüzü, regiondakı zorakılıq, aqressiya, habelə Ermənistan qoşunlarının Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonuna artilleriya atəşləri ilə müşahidə olunan hücumu ilə əlaqədar dünya analarına müraciət edib.
Ovqat.com Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, xanım professor ilk növbədə xain hücum zamanı həyatını itirən insanlara, dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı verib.

Gülbahar Aşurovanın Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə ünvalanmış müraciətini təqdim edirik:

Gülbahar Aşurovanın dünya analarına müraciəti:

Əziz analar, dünyanın mütərəqqi, sülhsevər və gözəl məxluqları!

Bu günlərdə bizləri daha bir xəbər sarsıtdı. 30 ildir regionun qanayan yarası, müsəlman, türk irsinin təhqir olunduğu, bəşəriyyətin böyük dərdi - Qarabağın və Azərbaycan torpaqlarının işğalı, bir milyon azərbaycanlının öz vətənlərindən, yurd yuvalarından qovulması, min bir iztirablara düçar edilərək köçkünlük həyatı yaşaması azmış kimi qan tökməklə öyünən Ermənistan Azərbaycanla olan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində artilleriya hücumları həyata keçirdi və yenidən silahlar danışmağa başladı.
“Ədalət adlı müqəddəs məfhum qətl edilib”

Ermənistan işğalı nəticəsində Azərbaycanın 12 rayonu və onlarla şəhəri, yüzlərlə kəndi, ölkə ərazisinin isə 20 faizi işğal olunmuşdur. Bu işğal bütöv bir nəslin xəyallarının alt-üst olmasına, nə qədər ailələrin, gənclərin, uşaqların, anaların yurdsuz, ocaqsız, evsiz-eşiksiz, gözüşalı qalmalarına yol açıb. Yüz minlərlə insanın talelərinin puç olmasına gətirib çıxarıb.

Min illərlə qurulmuş bütöv şəhərlər, kəndlər dağıdılıb, dini ocaqlar, mədəniyyət abidələri məhv edilib. Analarımızın, balalarımızın xoşbəxt həyatının üzərində oyunlar qurulub. Ədalət adlı müqəddəs məfhum qətl edilib.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri, qədim tarixi, zəngin mədəniyyəti, möhtəşəm poeziyası ilə dünyada seçilir. Böyük Nizaminin, Füzulinin, Nəsiminin, dahi Üzeyir Hacıbəyovun vətənidir bu məmləkət. Dünyanın ən nəhəng ədəbiyyatını yaratmış bu xalq sülhsevərdir, zəhmətsevərdir, qonaqpərvərdir. Evində olan son tikəsini də Özbək xalqı kimi qonağı ilə bölüşər, evinin ən gözəl hissəsini qonaq üçün ayırar.

“Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur babamız yanılmamışdır”


30 ildir bu qədər məhrumiyyətlərə, faciələrə, işğal, etnik təmizləmə və müharibə vəziyyətinə baxmayaraq bu xalq yenə də sülh istəyir və bu təcavüzün sülh yolu ilə həll etməyə çalışır.

Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur babamız yanılmamışdır. Bu məmləkətdən daim bütün dünyaya böyük mədəniyyət, elm, poeziya və xalqların dostluğu, qardaşlığı birgə hür içində yaşayışına dair çağırışlar səslənir.

Amma durun, əziz Analar! Vətən həm də Anadır. Bu gün müqəddəs Vətənin bağrındakı o torpaqların yüzdə iyirmisi işğal altında inildəyir, yurd yerləri fəryad edir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
23.09.2020
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
3 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
4 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
5 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info