İlk dəfə elektrik motorlu təyyarələrə uçuş sertifikatı verildi
Tarix: 06.08.2020 | Saat: 21:12:00 | E-mail | Çapa göndər



Sloven şirkətinin təqdim etdiyi “Velis Electro“ modeli isə dünyada yanma mühərriki ilə çalışmayan ilk təyyarədir


İsveçrədə ilk dəfə elektrik motorlu təyyarələr üçün uçuş sertifikatı verilib. Sloveniyanın “Pipistrel” şirkətinin istehsalı olan “Velis Electro“ adlı təyyarələrdən əsasən təlim məqsədilə istifadə olunacaq.

Avtomobil sənayesinin ardınca aviasiyada da elektrik mühərriklərinin tətbiqi genişlənir. Sloven şirkətinin təqdim etdiyi “Velis Electro“ modeli isə dünyada yanma mühərriki ilə çalışmayan ilk təyyarədir. Cəmi 600 kiloqram çəkisi olan təyyarə ilə 50 dəqiqəlik uçuş mümkündür. Ekologiyaya heç bir zərər vurmayan bu model yaşayış ərazilərindəki əhalini də narahat etmir, çünki təyyarə havada olarkən mühərrikin maksimal 60 desibel səsini yerdən eşitmək mümkün deyil. Ekoloji təmizliyi və səssiz uçuş imkanı bu təyyarələrin yaxın gələcəkdə geniş tətbiqinə yol aça bilər.

İndiyədək elektrik təyyarələri üçün beynəlxalq sertifikatlaşma həyata keçirilmədiyinə görə, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) İsveçrə və Fransanın mülki aviasiya təhlükəsizliyi qurumları ilə birlikdə bu prosesi həyata keçirib. 82 at gücündə mühərriklə təchiz olunan təyyarə gələcəkdə mülki aviasiyada yeni dövrün başlanğıcını qoya bilər.

İsveçrənin ”Alpine Airlpanes” şirkəti ümumilikdə 14 təyyarədən ibarət donanması ilə ölkə üzrə on təlim mərkəzində həvəskar pilotların hazırlanmasını həyata keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
3 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
4 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
5 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info