“Ermənistan üçün Qərbin dəstəyinin itirilməsi dövlətçiliyin itirilməsi deməkdir”
Tarix: 28.10.2013 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


“Sərkisyanın Gömrük İttifaqını seçməsi Ermənistan sahibkarları tərəfindən ciddi narazılıqla qarşılanıb. Belə bir gözlənti var ki, miqrasiya daha da artacaq, əmək qabiliyyətli vətəndaşlarımız ölkəni tərk edəcək”
Ermənistanın Gömrük İttifaqına üzv olacağını açıqlaması ciddi tənqidlərə məruz qalıb. Faktiki olaraq 3 il müddətində Avropa İttifaqının nümayəndələri ilə rəsmi İrəvan arasında aparılan danışıqlar
dayandırılıb.

Avropa İttifaqının komissarı Stefan Füle bəyan edib ki, Gömrük İttifaqına daxil olmaq istəyən Ermənistan Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq və azad ticarət zonası ilə bağlı müqavilə imzalaya bilməz
MDB dövlət başçılarının Minskdə keçirilən toplantısı çərçivəsində Rusiya, Qazaxıstan və Belarus dövlət başçıları arasında görüş olub. Həmin görüşdə Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı prosedur qaydaları və buna uyğun 3 sənəd müzakirə edilib. Belə görünür ki, Ermənistan Gömrük İttifaqına üzv olacaq. Bu isə Avropa strukturları ilə münasibətlərdə ciddi narazılıq yaradacaq. Erməni politoloq İqor Muradyan rəsmi İrəvanın Gömrük İttifaqına üzv olmağı özündə əks etdirən inteqrasiya siyasətini dəstəkləmir. Politoloq “Lragir”ə verdiyi müsahibədə bildirib ki, Gömrük İttifaqının yaradılmasının əsas səbəbi bir sıra dövlətləri Moskvanın orbitində saxlamaqdır: «Bu birliyə qoşulmaq heç bir iqtisadi inkişaf vəd etmir. Gömrük İttifaqı, Avrasiya İttifaqı keçmiş SSRİ-nin reanimasiyasıdır. Ermənistan belə bir seçim etməyə məcbur oldu. Çünki Rusiya bizim qarşımızda siyasi şərtlər qoydu və təhlükəsizliklə bağlı ciddi problemlər yarandı. Ermənistan rəhbərliyi Avropa İttifaqı ilə danışıqlar apardığı 3 il ərzində təhlükəsizlik məsələsini onların qarşısında qaldırmadı. Ona görə də bu məsələdə Avropa İttifaqı və NATO-dan heç bir dəstək alınmadı. Dağlıq Qarabağın təhlükəsizliyi, Rusiyadakı erməni diasporu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük, Rusiya qazından asılılıq kimi faktorlar Ermənistanın Rusiyanın vassalı statusunu möhkəmləndirir. Ancaq problem təkcə bu sadalanan faktorlarda deyil. Avropa İttifaqı ölkələrində, NATO üzvü olan dövlətlərdə də çoxlu erməni yaşayır. Fakt odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyini təmin edə bilmə keyfiyyətini göstərə bilməyib. Üstəlik bu təşkilata üzv olan dövlətlər, o cümlədən Rusiya Azərbaycana müasir hücum silahları satır. Ermənistanda Rusiyadan «qidalanan» çoxlu qruplar var. Qərbin Gömrük İttifaqına üzv olmağımıza hansı reaksiyanı verəcəyini hələ bilmirik. Ermənistan üçün Qərbin dəstəyinin itirilməsi dövlətçiliyini itirilməsi deməkdir. Qarabağın gələcək taleyini də elə bu kontekstdə dəyərləndirmək lazımdır”. Politoolq qeyd edib ki, Ermənistanın ixracının yarıdan çoxu Avropa ölkələrinə olur: “Demək olar ki, bütün sənaye məhsulları Avropa bazarına çıxarılır. Ermənistan Avropanı yox, Gömrük İttifaqını seçməklə belə böyük bazarı itirməklə yanaşı siyasi və təhlükəsizlik sferasında da özünü sıx əməkdaşlıqdan məhrum edir. Sərkisyanın Gömrük İttifaqını seçməsi Ermənistan sahibkarları tərəfindən ciddi narazılıqla qarşılanıb. Belə bir gözlənti var ki, miqrasiya daha da artacaq, əmək qabiliyyətli vətəndaşlarımız ölkəni tərk edəcəklər. Bir məsələni də unutmaq lazım deyil ki, Gömrük İttifaqının üzvləri arasında Rusiyadan başqa heç kim Ermənistanın təşkilata üzv olmasını istəmir. Avropa İttifaqı ilə əməkdaşlıq isə bizə böyük perspektiv vəd edirdi. Bu təşkilat qapalı deyil. Rusiya ilə birtərəfli inteqrasiya bizi beynəlxalq izolyasiyaya gətirib çıxara bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?
18.07.2019
Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info