AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq
Tarix: 07.08.2020 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının (Aİ) Erasmus+ proqramı çərçivəsində növbəti müsabiqənin qalibləri məlum olub. Nəticələrə əsasən, 2021-24-cü illərdə icra ediləcək altı layihənin ikisində Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi iştirak edəcək. Beləliklə, AzTU 2021-ci ildən 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq.
Birinci layihə “Azərbaycanda Rektorlar Şurasının yaradılması” - ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali məktəblərin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihədə Avropadan ümumilikdə 5 təşkilat iştirak edəcək. Azərbaycan isə AzTU da daxil olmaqla 15 ali məktəblə təmsil olunacaq. Layihənin koordinatoru Bakı Biznes Universitetidr.
AzTU-nun iştirak edəcəyi digər Erasmus+ KA2 isə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı" - LMQS layihəsidir. Yunanıstanın Qərbi Attika Universitetinin koordinatorluğu ilə reallaşacaq layihədə Azərbaycan AzTU, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı , Milli Onkologiya Mərkəzi və Naxçıvan Dövlət Universiteti ilə təmsil olunur. Layihədə Rusiyanın 5, Qazaxıstanın 7 universiteti və Səhiyyə Nazirliyi də iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
25.09.2020
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
24.09.2020
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info