“Avropada Azərbaycanın imicinin güclənməsinə çalışırıq”
Tarix: 28.10.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Günay Muradlı: “Məqsədimiz Finlandiyada yaşayan gənc soydaşlarımızı gələcəkdə Avropa gənclər təşkilatlarına üzv olmaları üçün hazırlamaqdır”

Finlandiya- Azərbaycan Yeniyetmə Gənclər Təşklatı Helsinkidə təsis edilib. Təşkilatın sədri diaspor fəaliyyətinə 2006-cı ildə başlayan Günay Muradlıdır. Qeyd edək ki, Yeniyetmə Gənclər Təşkilatı, Finlandiya-Azərbaycan-Assosiasiyasının nəzdində fəaliyyət göstərir. G.Muradlı da Finlandiya-Azərbaycan Assosiasiyasının fəal üzvdür. Avropa və Azərbaycanda fəaliyyət göstərən bir çox gənclər təşkilatları ilə sıx əlaqədədir. Avropada və Azərbaycanda keçirilən əksər forumlarda fəal iştirak edib.
-Günay xanım, mümkünsə oxuculara özünüzü tanıdardınız.
- Özüm haqqında qısa olaraq deyə bilərəm ki, Bakıda dünyaya göz açmışam. Təhsilimin bir hissəsini vətənimdə almışam. 2002-ci ildən isə təhsilimi Finlandiyanın Espoo şəhərində davam etdirmişəm. Hal-hazırda Finlandiyanın Şərq Universitetinin Tibb fakültəsində təhsil alıram. Diaspor fəaliyyətinə başlayandan bir çox ölkələrdə olmuşam, amma doğma Azərbaycandan gözəl, əziz heç bir ölkə yoxdur. Bu mənim səmimi sözümdür.
- Təşkilatın yaranma tarixi və hazırkı fəaliyyəti haqda nə deyə bilərsiniz?
- Finlandiya-Azərbaycan Yeniyetmə Gənclər Təşkilatı fəaliyyətinə 2006-2007 tədris ilindən Finlandiyanın orta məktəblərdə Azərbaycan dilinin tədrisi ilə başlayıb. Məqsədimiz Finlandiyada anadan olmuş və təhsil alan yeniyetmələr arasında iş aparmaq, onları Azərbaycan haqqında məlumatlandırmaq və maarifləndirmək, bizdən sonra gələn yeniyetmə gənclərə dilimizin zənginliyini, vətənimizin tarixini aşılamaq, bizlərin yolunu davam etməkdə onlara yardım etməkdir. Beləliklə də gələcəkdə Avropada Azərbaycanın imicinin güclənməsində onların rolunun olmasına çalışmaqdır. Yeniyətmə gənclərimizi bu işlərdə fəal olmağa cəlb etmək təşkilatımızın əsas vəzifələrindəndir. 2008-ci ildən Finlandiya-Azərbaycan Assosiasiyasının nəzdində fəaliyyət göstəririk. Bir cox ölkələrdə keçirilən gənclər forumlarında iştirak etmişik.
- Diaspor fəaliyyətində yaşlı nəsil diaspor nümayəndələrinin təcrübəsindən necə yararlanırsınız?
- Demək olar ki, yaşlı nəslin təcrübəsi hər zaman, hər yerdə biz gənclərə hava və su kimi gərəkdir. Biz onların təcrübəsindən istifadə etməsək, gələcək nəslə heç nə verə bilmərik. Bu baxımdan daima yaşlı nəsil diaspor nümayəndələrinin yanında olur, onların təcrübələrindən yararlanırıq.
- Birinci nəsil diasporumuzun etmədiyi və ya edə bilmədiyi hansı işlər var ki, bu gün onlar sizin prioritetlərinizdir?
- Mənə belə gəlir ki, hər bir dövrün problemləri hər zaman olur və bu problemləri qarşıdan gələn dövrlərdə həll etmək daha asan olur. Bu da inkişafla birbaşa bağlı olan məsələdir.Yəni, biz gənclərin üzərinə düşən vəzifədir.
- Ümumiyyətlə, Finlandiyada Azərbaycan diasporunun neçə nəsli formalaşıb. Bu gün orada diasporumuzun 3-cü nəslinin itməsi problemi yaşanmır ki?
- Hələ ki, 2 nəsil demək olar. Çalışırıq ki, itməsin. Məhz bu səbəbdən əlimizdən gələni etməyə çalışırıq.
- Finlandiyada Azərbaycanın təbliğ olunması istiqamətində hansı layihələr həyata keçirirsiniz?
- Bütün bu işlərə YGT sədr müavini olan Vəfa xanımla başlamışam. Finlandiyada bir çox işlər görmüşük. Dəfələrlə Azərbaycan haqqında maraqlı sənədli filmlər nümayiş etdirmişik. Finlandiyada Azərbaycanı yetərincə tanıtmaq üçün Vəfa xanımın əməyi olduqca böyükdür. Belə ki, mütəmadi olaraq təhsil ocaqlarında, ictimai yerlərdə, Finlandiyanın parlamentində təmsil olunan Kokomus partiyasında Azərbaycanın tarixi, mədəniyyəti, Qarabag həqiqətləri haqda maraqlı təqdimatlar edib.
- Finlandiyada yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissləri hansı səviyyədədir?
- Əlbəttdə ki, olduqca böyükdür. Finlandiyada yaşayan və təhsil alan bütün azərbaycanlı gənclərin hər zaman qəlbləri vətənləri ilə döyünür və Azərbaycanı yetərincə tanıtmaq üçün hər fürsətdən istifadə edirlər.
- Siz, Finlandiyanın hansısa gənclər təşkilatları ilə əməkdaşlıq edirsinizmi? Onlarla birgə layihələriniz olubmu?
- Finlandiyanın təhsil ocaqlarında gənclər qrupları var ki, onlarla daim əlaqə saxlayırıq. Hər bir toplantıda istər biz, istərsə də onlar bir yerdə oluruq. Amma birgə layihələrimiz hələ ki olmayıb. Gələcək planlarımızda birgə iş birliyi qurmaq da var.
- Tədbirlərinizə yerli xalqın marağı necədir?
- Çox böyük həvəslə bizim tədbirlərdə iştirak edirlər. Ümumiyyətlə, fin xalqı burada yaşayan digər xalqların mədəniyyətinə, adətlərinə böyük hörmətlə yanaşır.
- Perspektivdə hansı tədbirləri keçirməyi nəzərdə tutursunuz?
- Gələcəkdə xalq nağıllarımızı tərcümə edib çap etdirmək istəyirik. Eyni zamanda Azərbaycandakı gənclərlə Finlandiyadaki gənclər arasında körpü yaratmaq, yeniyetmə gənclərin fəaliyyətlərini artırmaq məqsədi ilə onları ictimai işlərə cəlb etmək fikrimiz var. Elə təşkilatı yaratmaqda məqsədimiz Finlandiyada yaşayan gənc soydaşlarımızı gələcəkdə Avropa gənclər təşkilatlarına üzv olmaları üçün hərtərəfli hazırlamaqdır. Çox sevindirici haldır ki, Finlandiyanın Espoo şəhərində Mərkəzi- Espoo adlı orta məktəbdə 2006-cı ildən azərbaycanlı uşaqlar üçün Azərbaycan dili fənni tədris olunur. Onların maariflənməsini bizim təşkilat öz üzərinə götürüb. Biz Avropa ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə iş birliyi qururuq. Əgər belə bir təşkilat digər Avropa ölkələrində fəaliyyət göstərirsə, məmnuniyyətlə əməkdaşlığa hazırıq. Bu işdə bir-birimizə kömək olaq, dövlətlərarası azərbaycanlı uşaqlar və yeniyetmələr arasında körpü yaradaq. Mənə elə gəlir ki, bu, çox gözəl bir fikirdir. Böyüməkdə olan yeniyetmələrə bundan gözəl töhfə ola bilməz. Bu iş də biz gənclərin üzərinə düşür.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info