Okeanın o tayından püskürən qərəz
Tarix: 28.10.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Bu qərəz Azərbaycan xalqının mövqeyinə, seçiminə və iradəsinə qara yaxmağa çalışsa da, çox cılız və aşırı ifşaolunandır...
Azərbaycanda keçirilən prezident seçkilərində xalq öz iradəsini sərbəst və şəffaf bir şəkildə ortaya qoydu: seçicilərin 84 faizindən çoxu İlham Əliyevə səs verdi və növbəti 5 il ərzində də sabit, milli və müstəqil inkişafa, iqtisadi və sosial rifaha, əmin-amanlığa “hə” dedi. Azərbaycanda seçkilər çox yüksək standartlara uyğun və ətraf ölkələrə, hətta Avropa dövlətlərinin çoxuna nümunə ola biləcək səviyyədə keçirildi. Əbəs yerə deyil ki, nüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xarici müşahidə missiyaları, ekspertlər, yerli və xarici QHT-lər sözügedən seçkiləri müsbət qiymətləndirdilər. Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların, həmçinin müxtəlif dövlətləri təmsil edən 1400-dən artıq müşahidəçinin yekun və yekdil rəyi ondan ibarət oldu ki, seçkilər demokratik, şəffaf, ədalətli və obyektiv keçirilib.
Amma çox təəssüf ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının, bu qurumun parlament assambleyasının müşahidə qrupunun, habelə AŞPA-nın rəyinin əksinə olaraq bir qrup ATƏT-in uzunmüddətli müşahidəçiləri Azərbaycana qarşı müəyyən xarici dairələrin mövqeyini ifadə edən qərəzlə çıxış etdilər. Onlar seçkidə guya pozuntular olduğu barədə “hesabat” hazırladılar. Bunun dərhal ardınca ABŞ Dövlət Departamenti ölkəmizdə keçirilən seçki ilə bağlı qərəzli çıxışa başladı. Dövlət Departamenti sırf geopolitik maraqlardan irəli gələrək və bundan doğan qeyri-obyektivliklə çıxış edərək seçkilərin guya beynəlxalq standartlara cavab vermədiyi barədə bəyanat yaydı. Halbuki ABŞ-ı təmsil edən nüfuzlu siyasətçilər, ABŞ təşkilatlarının nümayəndələri də seçkiləri müşahidə etmiş və bu proseslərlə bağlı müsbət rəyini ifadə etmişdi. Yaxud cəmi bir il öncə ABŞ-da keçirilən prezident seçkilərində obyektivliyə şübhə ilə yanaşıldığından və etimad göstərilmədiyindən bəzi ştatlarda seçki məntəqələrinə buraxılmayan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun müşahidəçiləri Dövlət Departamenti üçün birdən-birə etalon olub? Buradan da açıq görünür ki, bu seçkiləri gözdən salmaq, onun guya beynəlxalq standartlara cavab vermədiyi haqqında dünyada rəy formalaşdırmaq müəyyən xarici qüvvələrin maraq dairəsinə daxildir. Azərbaycanın müstəqil milli inkişafı və iqtisadi gücü ilə yanaşı siyasi intibahının olduqca qabarması kimlərəsə sərf etmir. “Milli şura” adlı antimilli müxalif qurumla və erməni lobbisi ilə sıx əlaqədə olan həmin xarici dairələr beynəlxalq aləm tərəfindən seçkilərə verilən yüksək qiyməti həzm edə bilmir və indi də Avropa Parlamenti, Avropa Şurası, ATƏT Parlament Assambleyasına təzyiq göstərir, onların rəyini dəyişdirməyə çalışırlar. Onlar elə bilirdilər ki, göstərişlərinə əsasən, bütün Avropa qurumları Azərbaycanı tənqid hədəfinə çevirəcəklər. Amma arzuları ürəyində qaldı. Əksinə, bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkilini, aşkarlıq və şəffaflıq şəraitində keçdiyini, xalqımızın iradəsini tam əks etdirdiyini söylədilər. Onlar təbii ki, bu məsələdə nüfuzlu beynəlxalq qurumların mövqeyinə təsir və təzyiq göstərə bilmədilər. Bəzi nüansları çıxmaq şərtilə. Məsələn, dünyada seçki praktikasında ilk dəfə Avropanın birgə müşahidə missiyasının rəyi kəskin şəkildə bizdəki seçki ilə bağlı haçalandı. AŞPA və Avropa Parlamentinin simasında iki nüfuzlu Avropa qurumu ayrıca tədbir keçirərək pozitiv bəyanat yaydı. ATƏT PA və bu qurumun qısamüddətli müşahidə missiyası ATƏT DTİHB-nin rəyi ilə razılaşmadıqlarını bəyan etdilər. Bu, həmin rəyin əsl müəlliflərinə qarşı çağırış və onların reputasiyasına ağır zərbə idi. Əsl oyun da bundan sonra başladı. ABŞ açıq şəkildə nüfuzlu Avropa təsisatlarına, ayrı-ayrı ölkələrə barmaq hiddətlənməyə, hədələrə başladı. Nəticədə Avropa Parlamentində şou təşkil olundu və AP özü-özünü təkzib edəcək səviyyədə qeyri-səmimilik, qeyri-obyektivlik nümayiş etdirdi. Avropa Parlamentinin plenar sessiyasında “lazımi” qətnamə qəbul etdirdikdən sonra indi də Avropa Şurası ilə müvafiq “iş” aparılır. Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar Avropa Şurasının baş katibi Torbörn Yaqlanda müraciət ünvanlayıb və AŞPA müşahidə missiyasının rəyindən narahatlığını ifadə edərək ona bir daha bu məsələdə ABŞ-ın mövqeyini xatırladıb.
Nəticə də özünü çox gözlətmədi. Verilən məlumata görə, AŞPA Daimi Komitəsinin noyabrın 22-də Vyanada keçiriləcək iclasında Azərbaycandakı seçkilərin müzakirəyə çıxarılacağı gözlənilir.
Azərbaycanda seçkiləri müşahidə edən mindən artıq xarici ekspertə qarşı qarayaxma kampaniyasına start verilib. Onların ofisləri, evləri qarşısında etiraz aksiyaları təşkil olunur, elektron poçt ünvanlarına tənqid və təhqir dolu məktublar göndərilir, haqlarında mənfi rəy formalaşdırılır. Üstəlik, Azərbaycan Prezidentini inamlı qələbəsi münasibətilə təbrik edən bəzi nüfuzlu şəxslər də bu qüvvələrin hədəfinə çevrilir. Məsələn, guya Fransada yaşayan bir qrup azərbaycanlı mühacir tərəfindən Kann şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Bernard Broşana, Şabil şəhərinin meri, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Gendrauda, həmin vilayətin Ali Şurasının prezidenti Andre Vilyeyə ünvanlanmış təzyiq xarakterli məktubu da bu qəbildəndir.
Bütün bunlar bir daha təsdiq edir ki, müxtəlif ölkələrdə demokratiyanın səviyyəsi müəyyən qüvvələrin maraqları prizmasından qiymətləndirilir. Hadisələrin gedişi belə deməyə əsas verir ki, ATƏT, Avropa Parlamenti ABŞ-ın güclü təsirinə məruz qalıb. Onlar okeanın o tayından gələn tapşırıqları icra etmək dərəcəsinə düşüblər. ABŞ-ın bu barədə göstərişləri ilə razılaşmayanlar isə tənqid və hədələrə məruz qalır. Əlbəttə dünyada müəyyən təsir gücü olan antiazərbaycan dairələr ölkəmizin hüdudlarından kənarda kimlərinsə rəyini, mövqeyini dəyişə bilər, amma onlar Azərbaycan xalqının mövqeyinə, iradəsinə əl qoya bilməzlər. Çünki seçkidə xalq öz sözünü dedi və nəticədə öz iradəsinə və simpatiyasına uyğun olaraq öz Prezidentini özü seçdi. Bu isə onu göstərir ki, xarici qüvvələrin köməyi ilə bəzi antimilli ünsürlərin, xalqa yox, xarici dairələrə bel bağlayan, onların əlaltılarına çevrilmək üçün bütün gedişləri təcrübədən keçirən qrupların hakimiyyətə gəlmək şansları çoxdan ölüb. Çünki xalqımız bu cür proseslərin mahiyyətinə yaxşı bələddir. İnsanlarımızın siyasi dünyagörüşü və vətənpərvərlik düşüncəsi heç vaxt onların mənafeyinə zidd olan xarici antimilli dairələrin köməyilə marionet ünsürlərin hakimiyyət kürsüsünə çıxmasına imkan verməz...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info