“Ailə problemlərini televiziya şousuna çevirmək lazım deyil”
Tarix: 28.10.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“İnternews” Azərbaycan İctimai Birliyinin dəstəyi ilə “Qadın problemlərinin internet mediasında işıqlandırılması” mövzusunda tədbir keçirildi. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, QHT nümayəndələri və media işçiləri iştirak edirdi.
Tədbirdə çıxış edən Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan qadınının hüquqları və problemləri barədə məlumat verdi. Bu gün ölkədə qadınların təhsil, səhiyyə, müxtəlif dövlət qurumları, QHT, jurnalistika və digər sahələrdə təmsil olunduğunu deyən S.Qəhrəmanova bildirdi ki, hələ 1911-ci ildə nəşr olunan “İşıq” qəzeti ilk qadın mətbuat orqanı olub. 1918-ci ildə Şərqdə millət vəkili seçilmək hüququ məhz azərbaycanlı qadınlara verilib. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olub. Bildirildi ki, bu gün qadınlarla bağlı mövcud problemlərdən biri olan təhsil problemi hazırda da gündəmdədir: “Bir ailədə müəyyən problem varsa, valideyn fikirləşir ki, ailədə oğluna təhsil vermək daha vacibdir, nəinki qızına. Çox təəssüf ki, bu gün hələ də valideynlər çox erkən yaşda qızlarını ərə verirlər. Biz hər zaman təhsillə bağlı problemlərdə cənub bölgəsini təqsirləndiririk. Amma bu gün AQUDK-nə müraciət edən Bakı kəndlərinin sakinləri olan bəzi qadınlar təhsili olmadıqlarından ərizə yaza bilmirlər. Biz gedib kəndlərdə əhali ilə görüşlər keçiririk, maariflənməyə ehtiyac var”. Cəmiyyətdə qadının mühüm rolu olduğunu deyən S.Qəhrəmanova bildirdi ki, bu gün qadınların dünyaya normal uşaq gətirməsi üçün heç bir problemi olmamalıdır. Bütün imkanlar yaradılmalıdır ki, qadın cəmiyyəti sağlam, normal, övlad təqdim etsin.
Bildirildi ki, Azərbaycan qadınının problemləri hazırda iki istiqamətdədir. Onlardan biri gündəlikdə olan qadın problemləridirsə, digəri gündəmə gətirilməyən problemlərdir. Bundan başqa, son zamanlar Azərbaycan gündəmini qadınlarla bağlı qeyri-sağlam xəbərlər zəbt edir. Bu xəbərlər şişirdilməklə və mənfi tərzdə cəmiyyətə təqdim edilməklə nəinki mediaya, eyni zamanda Azərbaycan qadınına da zərbə vurulur.Kriminal xəbərlərdə qadınları dəfələrlə göstərdiklərini deyən S.Qəhrəmanova bildirdi ki, televiziyalarda ailə problemlərini şouya çevirmək lazım deyil. Tədbirin davamında mövzu ilə bağlı fikirlərini bölüşən dövlət qurumlarının nümayəndələri qadınların təhsil almaq, işləmək hüquqlarının kişilər tərəfindən məhdudlaşdırıldığını qeyd etdilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info