İstiliklə təmin olunan yaşayış binalarının sayı 11 faiz artıb
Tarix: 28.10.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Noyabrın 15-dən etibarən Azərbaycanda mənzillərin istilik enerjisi ilə təminatı mövsümünə start veriləcək. Bunu «Azəristiliktəchizat» ASC-nin Abonent və müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. Onun sözlərinə görə, bu mövsüm «Azəristiliktəchizat» 3 120 yaşayış binasını istiliklə təchiz edəcək: «Bundan yalnız 2 870-i Bakı şəhərinin payına düşür. Təkcə bu il 300-dən artıq yeni bina istiliklə təchiz olunacaq».
Yəni, istilik veriləcək binaların sayı təxminən 11% artıb. R.Əliyev bildirib ki, «Azəristiliktəchizat» ASC-nin mənbələrinə qoşulmuş bütün məktəb, uşaq bağçaları, səhiyyə ocaqları istilik alacaq: «Bu il ayrılan vəsait hesabına 515 yeni qazanxana və 115 ədəd istilik qovşağı yaradılıb, 6 məktəb, 24 uşaq bağçası və 1 xəstəxana yeni mövsümdən istilik qovşağına daxil edilib». Qurum rəsmisi qeyd edib ki, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə «Azəristiliktəchizat»da “Qaynar xətt” fəaliyyətə başlayıb. Onun sözlərinə görə, birbaşa olaraq 956 nömrəli telefon nömrəsinə zəng vurmaqla istilik təchizatı ilə bağlı bütün suallar quruma ünvanlana bilər: “Qaynar xət”t bütün sutka ərzində fəaliyyət göstərir və bu xidmətdən Bakı şəhəri ilə bərabər respublikanın regionlarının da sakinləri istifadə edə bilərlər”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info