5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
Tarix: 28.10.2013 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Azərbaycanda 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək”. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Prezident tərəfindən Milli Məclisə "Sosial müavinətlər haqqında" qanuna çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi daxil olub. Bu dəyişikliklər Milli Məclisin iclasında müzakirə ediləcək.
Yeni əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq. M.Quliyev hesab edir ki, hər bir uşağa görə 25-30 manat məbləğində sosial müavinət verilə bilər. Müavinətin məbləğinin bundan aşağı olacağı gözlənilmir. Qanuna dəyişikliklər qəbul edildikdən sonra müavinətin məbləği hökumət tərəfindən müəyyənləşdiriləcək. Komitənin sədr müavini qeyd edib ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün konsepsiya hazırlayır. Konsepsiyaya çoxuşaqlı ailələr üçün vergi güzəştlərinin tətbiqi, onlara müəyyən imtiyazların verilməsi məsələsi də daxil edilə bilər: "Dünyanın əksər ölkələrində bu siyasət aparılır. Əsas məsələ gələcək illərdə demoqrafik proseslərin müsbət istiqamətdə davam etməsini təmin etməkdir. Məlumdur ki, Azərbaycanda demoqrafik gərginlik yoxdur. Əksinə, demoqrafik inkişaf var. Ölkəmizin əhalisi hər il orta hesabla 100 min nəfər artır. Azərbaycanda əhalinin yaş tərkibi də gənclərin və orta yaşlı insanların hesabına xeyli müsbətdir. Bu mənada Azərbaycanda bu gün demoqrafik problem yoxdur. Ancaq yaxın illərdə bu probleminin olmaması üçün belə tədbirlərin görülməsi vacibdir".




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info