Qabon gömrük sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq istəyir
Tarix: 28.10.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Bakıda Afrikanın Qabon Respublikasının İqtisadiyyat, İş və Davamlı İnkişaf Nazirliyinin Gömrük və Vasitəli Vergilər Baş İdarəsinin baş direktoru Mişel Ondinqa Nquanquenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Əvvəlcə Qabonun nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, Şəhidlər xiyabanını ziyarət ediblər. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dövlət Gömrük Komitəsində keçirilən görüşdə Azərbaycan ilə Qabonun gömrük orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Ölkəmizdə gömrük sahəsinin inkişafından danışan komitə sədri Aydın Əliyev bildirib ki, bu görüş Azərbaycan ilə Qabon arasında gömrük sahəsində əməkdaşlığın inkişafına töhfəsini verəcək. Artıq iki ölkənin gömrük orqanları arasında müxtəlif sahələrdə əməkdaşlıq barədə razılığa gəlinib. DGK-nın sədri Azərbaycanda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyət göstərdiyini vurğulayıb.
Mişel Ondinqa Nquanquen bildirib ki, səfərin məqsədi iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Qabon Azərbaycanın gömrük sahəsində təcrübəsindən faydalanmaq istəyir. Azərbaycanın Dünya Gömrük Təşkilatının tədbirlərində fəal iştirak etdiyini deyən qonaq gömrük sahəsində ölkəmiz ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info