Yeni dövlət standartları təsdiq edildi
Tarix: 29.10.2013 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika (TK 11)” standartlaşdırma üzrə Texniki Komitəsi tərəfindən təqdim edilmiş AZS QOST 22268-2012 “Geodeziya. Terminlər və təriflər”, AZS QOST R 51605-2013 “Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər”, AZS QOST R 21830-2013 “Geodeziya alətləri. Terminlər və təriflər”, AZS QOST R 52438-2013 “Coğrafi informasiya sistemləri. Terminlər və təriflər” dövlət standartları təsdiq edilib.
Komitənin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, standartların tətbiq vaxtı 1 noyabr 2013-cü il tarixindən müəyyən edilib.
AZS QOST 22268-2012 “Geodeziya. Terminlər və təriflər” standartı elm, texnika və istehsalatda geodeziya sahəsi üzrə tətbiq olunan əsas anlayışların termin və təriflərini müəyyən edir. Standartla müəyyən edilmiş terminlərin bütün nov sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və sorğu ədəbiyyatlarında tətbiq edilməsi məcburidir.
AZS QOST R 51605-2013 “Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər” dövlət standartı 1:10 000, 1:25 000, 1:50 000, 1:100 000, 1:200 000, 1:500 000 və 1:1 000 000 miqyaslı rəqəmsal topoqrafik xəritələrə qoyulan əsas tələbləri, onların yaradılma və yeniləşdirmə prosesinin, eləcə də, bu halda informasiya və proqram təminatından istifadə edilmələrin ümumi tələblərini müəyyən edir. Bu standartın müddəaları təşkilati mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq müvafiq orqan tərəfindən kartoqrafiya fəaliyyətinə (rəqəmsal topoqrafik xəritələrin yaradılmasına və yayılmasına) xüsusi razılıq (lisenziya) verilmiş Azərbaycan Respublikası ərazisindəki bütün təşkilatlar, müəssisələr, sahibkarlıq subyektləri tərəfindən tətbiq edilməlidir.
AZS QOST R 21830-2013 “Geodeziya alətləri. Terminlər və təriflər” standartı elm, texnika və istehsalatda tətbiq edilən geodeziya alətlərinin əsas anlayışlarının termin və təriflərini müəyyən edir. Bu standartla müəyyən edilmiş terminlərin bütün nov sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və sorğu ədəbiyyatlarında tətbiq edilməsi məcburidir.
AZS QOST R 52438-2013 “Coğrafi informasiya sistemləri. Terminlər və təriflər” standartı coğrafi informasiya sistemləri sahəsindəki anlayışların əsas termin və təriflərini müəyyən edir. Bu standartla müəyyən edilən terminlərdən istifadə standartlaşdırma mühitinə daxil olan və (və ya) bu işlərin nəticələrini istifadə edən bütün nov coğrafi informasiya sənədləri və ədəbiyyatları ucun zəruridir
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info