Qəbələyə istirahətə gedənlər cərimələnib - VİDEO
Tarix: 10.08.2020 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən digər şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən otellərdə, gündəlik kirayə evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdiyi məlum olub. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də, xüsusi karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və qaydaları pozduqları izah olunub. Həmçinin, nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin də qaydaları pozaraq, istirahət məqsədilə rayona gəldiyi məlum olub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, onlar cərimələniblər.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib
25.09.2020
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
25.09.2020
Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı
24.09.2020
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
24.09.2020
Zaqatalada iribuynuzlu mal-qara güllələnib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info