Əli Həsənov: “Zəngilanda məskunlaşan ermənilərə də xəbərdarlıq edirəm...”
Tarix: 29.10.2013 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


“Bu gün işğal altında olan Zəngilan rayonunda ermənilər məskunlaşıb. O ermənilər iki dəfə qaçqın həyat yaşayacaqlar”.
“Palitra”-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev andiçmə mərasimində bəyan edib ki, tək Qarabağ və işğal edilmiş digər rayonlarımız yox, Göyçə və Zəngəzur da azad ediləcək, azərbaycanlılar o tarixi torpaqlara qayıdacaqlar: “Tarixi ədalət bərpa olunacaq. Zəngilan rayonu 1930-cu ildə yaradılıb. Ancaq 1940-1950-ci illərdə rayonun torpaqlarının böyük qismi Ermənistana verilib. Nüvədi və digər kəndlər də bu sıradadır. O torpaqlara da azərbaycanlılar qayıdacaq. Zəngilanda məskunlaşan ermənilərə də xəbərdarlıq edirəm, o torpaqlarda daimi yaşamayacaqlar. Zəngəzur və Göyçəyə də azərbaycanlılar qayıdacaqlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info