Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - Rəsmi açıqlama
Tarix: 10.08.2020 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Neftçalada mövcud içməli su probleminin həlli istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, Prezident İlham Əliyevin ölkədəki su problemi ilə bağlı keçirdiyi geniş videomüşavirədə verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq əhalinin içməli su təminatının daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər keçirilir:
"Avqustun 1-dən etibarən 50-dən artıq ümumi tutumu 500 m3 olan su daşıyan texnika və nəqliyyat vasitəsi Neftçala rayonunu su ilə təmin edir. Rayon ərazisində ümumi tutumu 800 m3 olan plastik su çənləri quraşdırılıb ki, bununla da içməli su həmin çənlərə daşınaraq günaşırı əhalinin istifadəsinə verilir. Eyni zamanda, sutəmizləyici qurğular da günaşırı olaraq su ilə təmin olunur. Akkuşa çayının nəzarətə götürülməsi nəticəsində suyun səviyyəsində artım müşahidə olunur. Bu da ümumi su təminatının yaxşılaşdırılması baxımından fermerlər üçün əlverişli fürsət yaradıb".

RİH-dən əlavə olunub ki, müşavirədən öncə gündəlik su təminatı 30-35 faiz arasında dəyişirdisə, artıq bu rəqəm iki dəfə artaraq 60-70 faizə çatıb. Eyni zamanda Salyan rayonundan Neftcalaya çəkilən 44 km-lik yeni su xəttində işlər intensiv olaraq davam etdirilir:

"Neftçala rayon İcra Hakimiyyəti başçısının yanında su problemi ilə bağlı yaradılmış Operativ Qərargaha gün ərzində yüzlərlə vətəndaş müraciəti daxil olur və həmin müraciətlər davamlı olaraq cavablandırılır. Ehtiyac olan yerlərə vaxtında su təminatı həyata keçirilir.

Qeyd edilən müşavirədən sonra Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən rayona əlavə olaraq yeni su texnikalarının cəlb olunması, yerlərdə iritutumlu su çənlərinin quraşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Neftçala rayon İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah fəaliyyətini gecə saatlarına qədər davam etdirir. Nəticədə rayon ərazisinə ümumilikdə 1000 m3-dən artıq içməli su daşınaraq şəhər mərkəzi, kəndlər və qəsəbələrdə əhalinin su təminatı həyata keçirilir".




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
24.09.2020
Millət vəkili və icra başçısı imtiyazlı ailələrə baş çəkdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info