Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib
Tarix: 10.08.2020 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Bu il uğurlu fəaliyyətinin 10 ili tamam olan Masazır Duz Zavodunda duz tədarükü mövsümünə başlanılıb.

"APA-Economics"in verdiyi xəbərə görə, hər il olduğu kimi Masazır, Saray və Novxanı sakinlərindən təşkil olunan 200 tədarükçü duz yığımına cəlb olunub. Qədim duzçuluq ənənələrinə malik olan sakinlər tərəfindən Mirzəladi gölündən yığılan duz sənayedə - buzlaşmanın qarşısının alarkən yollarda, gön dəri sənayesində, heyvandarlıqda, neft-kimya sənayesində, istixanalar və digər sahələrdə istifadə olunur.
Bununla bərabər Masazır Duz zavodunda tam avtomatlaşdırılmış qaydada, insan əli toxunmadan, qida duzları da istehsal edilir. Burada istehsal olunan “Azərduz”, “Salute”, “Alfa” ekstra növ qida duzları və tablet duzları ölkə daxilində yüksək qiymətləndirilməklə bərabər Kanada, Avropa ölkələri, Rusiya, Qazaxıstan, Gürcüstan, Orta Asiya ölkələrinə də ixrac edilir. Nəticədə ölkəmizdən valyuta axının qarşısının alınması və ixrac potensialının artırılmasına mühüm töhfə verilir.
Qeyd edək ki, ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur. Tədarük mövsümü bu ilin oktyabrın sonlarınadək davam edəcək.

Qeyd edək ki, 2001-ci ildə Ümummili lider Heydər Əliyevin təsdiq etdiyi “Yod çatışmazlığı xəstəliklərinin prafilaktikası” haqqında qanun layihəsinin tələblərinə uyğun olaraq inşa edilən və cənab Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu ildə istismara verilən Masazır Duz Zavodunun fəaliyyətə başlaması ilə ölkənin yüksək keyfiyyətli məhsulla təmin edilməsi və yod çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində mühüm işlər görülür.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” və “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi” Dövlət Proqramlarına uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Duz İstehsalat Birliyinin Masazır Duz Zavodu,bütün dünya iqtisadiyyatını iflic edən koronavirus pandemiyası dövründə də insanların məşğulluğunun təmin edilməsinə öz töhfəsini verərək, tək Masazır deyil, ətraf qəsəbələrdə də yüzlərlə insanın məşğulluğunun təmin edilməsində vacib rol oynayır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi
23.09.2020
Avropa fond bazarlarının əsas indeks göstəriciləri enib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info