“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Tarix: 10.08.2020 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend-in məlumatına görə, Qanuna əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab olunur və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.

Həmçinin, 13-cü maddənin birinci hissəsinin birinci cümləsində “büdcəsi,” sözü “büdcəsi və icra xidməti” sözləri ilə əvəz edilir, ikinci cümləsinə isə “büdcəsi” sözündən sonra “və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait” sözləri əlavə edilir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
Əli Həsənova Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
24.09.2020
“AzerGold” istiqrazları vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacaq
24.09.2020
Avtomobil yollarının təmiri və tikintisinə vəsait ayrılıb - Sərəncam
24.09.2020
Deputatdan tələbələrlə bağlı təqdirəlayiq addım
24.09.2020
Ermənistan atəşkəsi 69 dəfə pozub - Müdafiə Nazirliyi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
3 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
4 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
5 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info