5 gəncimiz Rumıniyada beynəlxalq tədbirdə iştirak edəcək
Tarix: 29.10.2013 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) 5 nəfərlik nümayəndə heyəti Rumıniyada keçirilən beynəlxalq gənclər mübadiləsi proqramında iştirak etmək üçün bu ölkənin Baia Mare şəhərinə yola düşüb. Oktyabrın 28-dən noyabrın 6-dək davam edən tədbir Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" Proqramı çərçivəsində Avropada nüfuzlu təşkilatlardan sayılan YMCA - Romania tərəfindən keçirilir və ADTGT bu layihədə əsas tərəfdaşlardan biri kimi çıxış edir.
"Təkrar fəaliyyət göstər - təkrar həll et" adlanan layihədə 8 ölkə (Rumıniya, Moldova, Azərbaycan, Latviya, Macarıstan, Gürcüstan, Serbiya və İspaniya) gəncləri təmsil olunur. Gənclər proqram müddətində plenar açılış, təlim, görüşlər, işçi qruplar, praktik məşgələlər, mədəniyyətlərarası gecələr, flaşbomlar və digər maraqlı tədbirlər vasitəsilə bir-birləri ilə daha da yaxından ünsiyyət qura və əlaqələr yarada biləcəklər.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər arasında qeyri-formal yollarla ekoloji problemlərin (incəsənət, əyləncə və s. maraqlı üsullarla) həllinin tapılması, kreativ təkrar emalla bağlı yaxşı təcrübələrin mübadiləsi və xalqların bir-birinin mədəniyyətini öyrənməsində və gənclərin fəaliyyətində medianın, təkrar emalla hazırlanmış sənət əsərlərinin əsas vasitə kimi istifadə olunmasından ibarətdir. Habelə, bu məqsədlərə müxtəlif mədəniyyətlərə və müxtəlif keçmişə malik olan gənclər arasında dialoqun yaradılması, həmrəylik, tolerantlıq, müxtəliflik, kreativlik bacarıqlarının aşılanması daxildir.
Müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri olan 30 gəncin burada iştirakı eyni zamanda gənclərin mübadiləsi vasitəsilə onlar və təmsil etdikləri ölkələr və təşkilatlar arasında gələcək mehriban dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Tədbirdə ADTGT təmsilçiləri xüsusi təqdimatla çıxış edərək, Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, dövlət gənclər siyasəti və gənclərin hərtərəfli inkişaf imkanları haqqında geniş məlumatlar verəcəklər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info