Minskdə iğtişaşlar davam edir, qarşıdurma zamanı bir nəfər ölüb
Tarix: 11.08.2020 | Saat: 02:10:00 | E-mail | Çapa göndər



Minskdə aksiyalar zamanı bir etirazçı xüsusi təyinatlılarla qarşıdurma nəticəsində ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova özünün “Telegram” kanalında açıqlama verib.

“Xüsusi təyinatlılarla qarşıdurma zamanı meydanı yarmaq üçün gələn etirazçılardan biri naməlum partlayıcı qurğunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına doğru atmağa çalışıb. Bu vaxt qurğu onun əlində partlayıb və onun ölümü ilə nəticələnib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Belarus paytaxtında etirazlar təxminən dörd saatdır davam edir. Küçələrdə asayiş qaydalarını sərt şəkildə qorumağa çalışan hüquq-mühafizə orqanlarına qarşı müqavimət ocaqları Minskin üç rayonunda – metronun “Puşkinskaya” stansiyasının yaxınlığında, Qorki parkı bölgəsində və Banqalor meydanında qalıb. Təhlükəsizlik qüvvələri xüsusi vasitələrdən – gözyaşardıcı qazdan və işıqsaçan qumbaralardan istifadə edir.

Ölkənin hüquq-mühafizə orqanları Minskin mərkəzindəki Pobediteley prospektində toplaşan etirazçıların həbsinə başlayıb. Polis maşınları izdihama yaxınlaşır və təhlükəsizlik qüvvələri etirazçıları dərhal avtomobillərə soxur. Ərazidə xüsusi avadanlıqlardan, eləcə də su şırnaqlarından da istifadə edilir. Respublikanın Daxili İşlər Nazirliyi vəziyyətin nəzarət altında olduğunu bildirib.

“Saxlanılanlar var, ancaq hələlik onların sayını deyə bilmərəm. DİN-in əməliyyat-nəzarət qərargahı işini görür, vəziyyət nəzarətdədir”, - deyə DİN-in mətbuat katibi O.Çemodanova bildirib.

Xatırladaq ki, Belarusda avqustun 9-da keçirilmiş prezident seçkiləri ilə əlaqədar ekzitpol nəticələri açıqlandıqdan sonra paytaxt Minskin mərkəzində və respublikanın bir sıra digər şəhərlərində hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalarla müşahidə edilən kütləvi etirazlar başlayıb. Nəticədə, Daxili İşlər Nazirliyinin məlumatına görə, 3 minə yaxın insan tutulub, onlarla polis əməkdaşı və nümayişçi yaralanıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır
26.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO
26.09.2020
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
25.09.2020
Ermənistanda kənd sakinləri “Qazprom“un əməkdaşlarına hücum edib
24.09.2020
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info