Beyin mərkəzlərinə aid yeni kitabın təqdimatı keçirildi
Tarix: 29.10.2013 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Prezident yanında Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)" adlı yeni kitabın təqdimatını keçirib.
Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb. Daha sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzinin rəhbəri Elman Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun rəhbəri Vilayət Vəliyev, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Eldar İsmayılov, Azərbaycan Dövlət İqtisad Unversitetinin İqtisadi Araşdırmalar Elmi–Tədqiqat İnstitutunun rəhbəri Rasim Həsənov, Milli Məclisin Analitik informasiya şöbəsinin müdir müavini, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hatəm Cabbarlı məruzələrlə çıxış ediblər.
Bu nəşrdə Strateji Araşdırmalar Mərkəzinin apardığı və Azərbaycanda araşdırma və beyin mərkəzlərinin, ölkənin mövcud "beyin potensialı”nın reallığı haqqında aydın mənzərənin yaradılmasına imkan verən tədqiqatın nəticələri ictimaiyyətə təqdim edilib.
Kitabda beş fəsildə "Araşdırma və beyin mərkəzi institutu: yaranması və inkişafının tədqiqi məsələləri"; "Araşdırma və beyin mərkəzlərinin fəaliyyətinin qiymətləndirmə metodologiyası və meyarları (Qlobal "beyin mərkəzi” reytinqi, regional səviyyəli, lokal (milli) səviyyəli reytinqlər); "ABM-lərin fəaliyyətinin dəyərləndirilməsinin meyarları"; "Azərbaycanda araşdırma və beyin mərkəzlərinin ümumi mənzərəsi: yaranması, xüsusiyyətləri, təsnifatı, statusu və perspektivləri"; "Azərbaycanda qeyri-dövlət yönlü araşdırma və beyin mərkəzləri vəziyyəti və fəaliyyət istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları"; "Yekunlar. Tövsiyələrin gələcəyi: mümkün ssenarilər və proqnozlar" kimi aktual mövzular təhlil edilib.
Azərbaycanda araşdırma və beyin mərkəzlərinə həsr edilmiş fəsildə: "Azərbaycanda ABM-lərinin tipologiyası və təsnifatının verilməsinə cəhd edilmiş, dövlət yönlü, universitetlərin və partiyaların nəzdində fəaliyyət göstərən ABM-lər, Azərbaycanda qeyri-dövlət yönlü araşdırma və beyin mərkəzləri, ictimai-siyasi, sosial-iqtisadi sahədə fəaliyyət göstərən mərkəzlər, regional prosesləri təhlil edən, təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən və nəhayət ekoloji sahədə fəaliyyət göstərən ABM-lər haqda araşdırmanın nəticələri haqda məlumat verilib.
Kitabın əsas məqsədi, ölkəmizdə elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması kimi tələbata cavab olaraq bu sahədə mövcud olan qurumlara dair cəmiyyətdə adekvat təsəvvürlərin olmasını təmin etməyə xidmət etməkdir.
Kitab bəhs edilən auditoriya, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info