Klaudio Kajado: “Oktyabrın 9-da Azərbaycan xalqı müdrik seçim edib”
Tarix: 29.10.2013 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev oktyabrın 29-da Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul edib. Yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edən Klaudio Kajado oktyabrın 9-da Azərbaycan xalqının müdrik seçim etdiyini vurğulayıb. Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edib. Nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini deyən Klaudio Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğun qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim etməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu deyib. Prezident İlham Əliyev Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev Forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info