Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
Tarix: 12.08.2020 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ölkəmizdə özəl biznesə dövlət dəstəyinin göstərilməsi, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi, iş adamlarının maarifləndirilməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi, habelə real sektora investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.
Fond hazırda bank sektoru ilə yanaşı, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi sahəsində də dövlət dəstəyinin göstərilməsində fəal iştirak edir. Bu sahədə aparılan islahatların davamı olaraq Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin və idarəetmə proseslərinin keyfiyyətinin yüksəldilməsi, Fondun menecmentinin müasir standartlara uzlaşdırılması, habelə sahibkarlığın maliyyələşdirilməsi sahəsində bank və özəl sektorla əlaqələndirmənin dərinləşdirilməsi nəzərdə tutulur.
Həyata keçirilən islahatların səmərəliliyini təmin etmək məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olan Kənan Nəcəfov ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes inzibatçılığı, Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində beynəlxalq biznes hüququ üzrə magistr dərəcələrini əldə edib. O, xarici ölkələrdə tanınmış beynəlxalq şirkətlərin menecmentində, o cümlədən “Baker Botts LLP” hüquq firmasında, “BP”, “Exane BNP Paribas”, “Citigroup” şirkətlərində işləyib, həmçinin, Dünya Bankının Azərbaycan nümayəndəliyində çalışıb, Azərbaycanda “Nobel Oil” şirkətində Baş icraçı direktorun müavini olub. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilənədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info