Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
Tarix: 12.08.2020 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Avqustun 12-də saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, 3 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Bərdə şəhər sakinləri Nicat Əzizov, Adıgözəl Abbasov, Mənsur Camalov və Rauf Bağırovla rayonun Şorəlli kəndi ərazisində hazırda şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslər arasında yaranmış mübahisə zamanı Mənsur Camalov öldürülmüş, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.

Faktla bağlı cinayət işi başlanmış, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunmuşlar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib
22.09.2020
Samuxda birmərtəbəli evdə yanğın olub
21.09.2020
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
21.09.2020
Prokurorluq Sabirabadda baş verən güllələnmə ilə bağlı məlumat yayıb
21.09.2020
Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info